Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


17-04-2023, 08:53. Разместил: admin44

Salam möhtərəm Prezident.

Mən həmişə cəmiyyət içində olduğum üçün tam səmimiyyətlə deyə bilərəm ki, ölkə vətəndaşlarının Sizdən razılığının şahidiyəm.

Siz ölkəmizə rəhbərliyə başladığınız gündən xalqımıza şərəflə xidmət edir, Azərbaycanın nüfuzunu yüksəldirsiniz. Vətən müharibəsində qazandığımız şanlı Zəfər Sizin cəsurluğunuzu, qətiyyətinizi bütün dünyaya əyani şəkildə göstərdi. Eyni zamanda, Siz öz xeyirxahlığınızla, humanistliyinizlə xalqımızın qəlbində taxt qurmusunuz. Sizin bu müsbət keyfiyyətlərinizin bəhrəsini bütün xalqımız, eləcə də aztəminatlı ailələrin üzvləri görürlər. Azərbaycanda əhalinin həyat səviyyəsi ildən-ilə yüksəlir.

Əziz Prezidentimiz, deyiləcək sözlər, təqdir ediləcək işlər çoxdur. Bu müqəddəs Ramazan ayında Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, rəhbərliyinizlə ölkəmizə daimi firavanlıq, sülh və tərəqqi arzulayıram.

Sizin kimi müzəffər Vətən oğlu ilə hər zaman fəxr edirik!


Hörmətlə,
Aslanova Meysaba.
Azərbaycan Respublikası, Masallı rayonu, Abasbəyli kəndi.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад