Главная > Maraqlı > “Danışan tarix” başlığı altında dəyirmi masa

“Danışan tarix” başlığı altında dəyirmi masa


18-04-2023, 17:34. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyin təşkilatçılığı Masallı Dövlət Rəsm Qalereyası və Mədəni İrsin Qorunması  İnkişafı və Bərpası üzrə Salyan Regional İdarəsinin Masallı şöbəsinin birgə əməkdaşlığı ilə “18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” çərçivəsində “Danışan tarix” başlığı altında dəyirmi masa keçirildi. Muzeydə keçirilən dəyirmi masada adı çəkilən müəssisənin əməkdaşları iştirak etdilər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlərin hər birimiz üçün ən gözəl örnək olduğunu söyləyərək ,bu sahədə daha da əzmkarlıqla çalışmağımıza ehtiyac olduğunu söylədi.

Sonra muzeyin əməkdaşı Sevinc Əliyeva Beynəlxalq Abidələr Gününün yaranması və bölgəmizin abidələri ilə bağlı geniş məlumat verdi.

Daha sonra qalereyanın direktor vəzifəsini icra edən  Təhmasib Məcidov və Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Salyan Regional İdarəsinin Masallı rayon şöbəsinin baş mütəxəssis, abidə mühafizəçisi Samir Mirzəyev  çıxışlarında qeyd etdilər ki, insanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Bizim bölgənin tarixi abidələrinin qorunması və tanıdılması işində hər birimizin birgə çalışması bu günün ən vacib məsələsidir.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад