Главная > Maraqlı > “Nəsillərə örnək olan ailə dəyərləri” mövzusunda tədbir

“Nəsillərə örnək olan ailə dəyərləri” mövzusunda tədbir


18-04-2023, 17:36. Разместил: admin44

Masallı Tarix Diyarşünaslıq Muzeyində Yeni Azərbaycan Partiyası (YAP) Masallı Rayon Təşkilatı, Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatı və Masallı Tarix -Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə əməkdaşlığı ilə “Heydər Əliyev ili” və Akademik oftalmoloq Zərifə xanım Əliyevanın 100 illiyi münasibətilə “Nəsillərə örnək olan ailə dəyərləri” mövzusunda tədbir keçirildi. Tədbirdə adı çəkilən ərazi partiya təşkilatının sədr və üzvləri, YAP  fəalları, gənclər, mədəniyyət işçiləri iştirak etdi.

Əvvəlcə Heydər Əliyev, Zərifə Əliyeva və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan  Muzeyi ərazi partiya təşkilatın sədri Əntiqə Tağıyeva Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsinin cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnək ola bilən nümunəvi ailə prinsiplərindən danışdı.

Sonra YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev mövzu ilə bağlı geniş məruzə edərək tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi.  Ulu öndər Heydər Əliyev öz xatirələrində qeyd edirdi: "...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib...”  Natiq bu iki ali insanın timsalında ailə dəyərlərinin bütün səciyyəvi xüsusiyyətlərinin cəmləşdiyini,  bu ailə üzvlərinin gözəl xüsusiyyətlərinin nəticəsində  onların özlərinə və ətraflarındaki insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları, hər bir işdə peşəkarlıq nümunəsi göstərmələri, mənəvi harmoniyaya nail olmaları bu gün cəmiyyətimizdə böyük təsirlərə yol açdığını xüsusi vurğuladı.

Sonra YAP Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva, YAP fəalı, Mahmudavar kənd tam orta məktəbin direktoru Kinəxanım Əliyeva, GİKM -in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva çıxışlarında Zərifə Əliyevanın qayğıkeş, mehriban ana, vəfalı, sədaqətli ömür yoldaşı, səmimi dost, saf insan , öz gücünə, qüvvəsinə nə qədər inanan,  arxayın olan, ömrünü tibb elminin inkişafına həsr edən, ailəsinin mənəvi durumu, övladlarının tərbiyəsi həmişə birinci yerdə dayanıran bir azərbaycanlı xanımı olmasından danışdılar. Çıxışçılar xalqımızın milli dəyərlərini, adət-ənənələrimizi yüksək qiymətləndirərək şəxsi həyatı ilə də hamıya örnək olan, ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevlə bərabər öz şəxsi nümunəsində əsl Azərbaycan ailəsinin mövcudluğunu nümayiş etdirən Zərifə xanımın ailə dəyərlərinin başında  tərbiyə, sevgi və sədaqətin öndə olmasını xüsusi vurğuladılar.

Yekunda tədbir iştirakçıları xatirə şəkilləri çəkdilər.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад