Главная > Maraqlı > “Heydər Əliyev irsini öyrənək” mövzusunda tədbir

“Heydər Əliyev irsini öyrənək” mövzusunda tədbir


20-04-2023, 16:11. Разместил: admin44

Aprelin 20-də Masallı Tarix -Diyarşünaslıq Muzeyi “Heydər Əliyev ili” çərçivəsində  “Heydər Əliyev irsini öyrənək” mövzusunda tədbir keçirtdi. Muzeydə keçirilən tədbirdə Masallı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) müəllim və şagirdləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini bildirdi. Ə. Tağıyeva ulu öndər Heydər Əliyev həyatı və onun Azərbaycan xalqının gələcəyi naminə gördüyü böyük işlərdən danışdı. O, çıxışında xalqımızın milli sərvəti hesab edilən Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilməsi və gənc nəsil arasında təbliğinin əsas missiyalarından biri Vətənə və dövlətə layiqli şəxslərin, mütəxəssis kadrlarların hazırlanması olduğunu xüsusi qeyd etdi.

Yekunda tədbir iştirakçıları muzey və qalereyaya ekskursiya etdilər.






“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад