Главная > Maraqlı > Prezident İlham Əliyevi Salyan şəhərində səfərdə olmuşdur

Prezident İlham Əliyevi Salyan şəhərində səfərdə olmuşdur


20-04-2023, 14:55. Разместил: admin44

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində səfərdə olarkən Azərbaycan Televiziyasına müsahibə vermişdir.Prezidentə ilk sual onun Azərbaycanın bütün regionlarına mütəmadi səfərləri zamanı görülən işlərlə yerində tanış olması,tövsiyə və tapşırıqların verməsi haqda,səfərlə bağlı təəssüratlarının bölüşməsi xahiş edilmişdir. Bu sualı Cənab Prezident cavablandırarkən təəssüratının çox müsbət olduğunu qeyd etmişdir. Azərbaycanın bölgələrinin 2004-cü ildən başlayaraq sosial-iqtisadi inkişafı Dövlət proqramının həyata keçirilməsini qeyd edərək,Prezident hal-hazırda 4-cü proqramın icra edildiyini vurğulamışdır. Bugünkü, Salyan və Neftçala rayonlarına olan səfər də ənənəvi bir səfərdir. “ASAN xidmət” mərkəzinin açılışı ,Olimpiya İdman Kompleksi,uşaq xəstəxanası,doğum evi,elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi,Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı və digər tədbirlər,iş yerlərinin yaradılması ilə bağlı olan addımların atılması səfər çərçivəsində Cənab Prezidenti məmnun etmişdir.

 İşğaldan azad olunan ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa və yenidənqurma işləri haqda verilən sualı Prezident İlham Əliyev ətraflı cavablandırmışdır.O qeyd etmişdir ki, 30 il ərzində Ermənistan tərəfindən viran qoyulmuş,talan edilmiş torpaqlarımızda müharibə qurtaran kimi dərhal işə start verilmiş,hal-hazırda iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır. – Ağalı və Talış kəndlərində,Qarabağın və Şərqi Zəngəzurun simasını görürük –abad şəhərlər,abad kəndlər,ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur.Bu iki layihə Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki,bütün layihələr plan üzrə gedir.İki hava limanı artıq fəaliyyətdədir,üçüncü hava limanının inşası davam edir.Bu ilin sonuna kimi ,yay aylarında keçmiş köçkünləri Laçın şəhərinə qaytaracağıq.Zabux vəv Sus kəndlərində işlər gedir.O kəndlərə də ilin sonuna kimi keçmiş köçkünləri qaytaracağıq.
             
Daha sonra Ermənistanla sülh danışıqları ilə bağlı sualı Cənab Prezident cavablandırmışdır. O qeyd etmişdir ki,Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər əsas amildir.Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məlum beş prinsip əsasında imzalansın.Çünki başqa variant da yoxdur.Separatçılarda bilməlidilər ki,onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar,ya da ki,çıxıb gedəcəklər.
             
Bir neçə gün əvvəl Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması haqda Prezident belə hesab edir ki,bu Ermənistan hökümətinin çirkin əməlidir.Çünki bu hadisəni törədən insanabənzər məxluqa heç bir cəza verilmədi,əksinə onu Ermənistanda qəhrəmanlaşdırırlar.Amma onlar unutmamalıdırlar ki,bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır.
           
İrəvanda keçirilən bu çempionatda Türkiyədən olan qadın idmançılar qazandıqları qızıl və gümüş medalları Azərbaycana həsr etmələrinə görə Preziden və Mehriban xanımın onları təbrik etmələri haqda sualı Cənab İlham Əliyev belə cavablandırmışdır:
         
 “Bəli, Mehriban xanım və mən əziz qızlarımız Cansu və Qəmzəni təbrik etdik.Ona görə ki,Ermənistanda –düşmən dövlətdə, Türk Bayrağını yüksəklərə qaldırdılar.Türkiyənin Dövlət Himnini səsləndirdilər.Bu qələbəni onlar Azərbaycana,Azərbaycan Xalqına həsr etdilər,bütün Azərbaycan xalqının sevgisini qazandılar.Hər biriniz Türk dünyasının hər bir övladı,bax, Cansu və Qəmzə kimi olmalıdır.Mənim arzum budur.”



Aidə Şıxəliyeva,
Dəlləkoba kənd Elşən Heybətov adına ümumi orta məktəb




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад