Главная > Maraqlı > Prezident İlham Əliyev Salyan şəhərində səfərdə olmuşdur
Prezident İlham Əliyev Salyan şəhərində səfərdə olmuşdur23-04-2023, 15:07. Разместил: admin44 |
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərinə səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı Azərbaycan Televizyasını müxbiri dövlət başçısına Neftçala və Salyan rayonlarına səfəri zamanı bu barədə təəssuratlarını bölüşməyi xahiş etdi. Dövlət başçısı cənab İlham Əliyev öz çıxışında bildirdi ki, mən Azərbaycanın bütün bölgələrinə tez-tez səfər edirəm. Bildiyiniz kimi, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Eləcə də, Respublikamızda iqtisadi inkişafın güclaəndirilməsi sürətli şəkildə həyata keçirilir. Prezident İlham Əliyev Salyan və Neftçala rayonlarında bir neçə dəfə olduğunu bildirdi. Eləcə də, bugünkü səfərim məndə xüsusi təəssüratlar yaratdı. Sayca 25-ci olan “ASAN xidmət” mərkəzi əhali tərəfindən yüksək qiymətləndirməklə yanaşı həmçinin regionda yaşayan əhalinin işini daha da asanlaşdırır. Dövlət başçısı bu regionda daha da böyük işlərin görüldüyünü bildirdi. Bunlara nümunə olaraq Olinpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatınin açılışı və digər yeniliklər ölkəmizin yüksələn dinamika ilə irəlləməsidir. Azərbaycan Televiziyasının əməkdaşlarının Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük dirçəliş dövrü haqqında sualını Prezident İlham Əliyev belə cavablandırdı: Bu işlər plan üzrə gedir. Bildiyiniz kimi, hazirda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas məsələlərdəndir. Buna görə də mən digər regionlara getməyimlə yanaşı həmçinin Qarabağ zonasını müntəzəm səfərlər edirəm. Orada görülən işlər bunu bir daha sübut edir ki, biz-bu torpaqların sahibi öz doğma dədə-baba torpaqlarıma qayıtmışıq. Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə - ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir, bu vəzifə və Qarabağın, Şərqi Zəngəzurun bərpası vəzifəsi. Ona görə biz əsas vəsaiti bu istiqamətlərə yönəldəcəyik, lazım olan digər xərclər də aparılacaq. Yəni, bu, bir daha onu göstərir ki, bilirsiniz, indi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan öz dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra, təbii ki, yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır. Jurnalistlərin İrəvanda keçirilən çenpionatda Türkiyəli qızların qazandıqları medalları Azərbaycana həsr etdikləri ilə bağlı ölkə başçısı və onun xanımı Mehriban Əliyevanın onları təbrik etmələri sualını da Prezident İlham Əliyev cavabsız qoymadı.Bu qızların-Cansu və Qəmzənin Ermənistanda- düşmən dövlətdə,həm Azərbaycan, həm də Türkiyəni bu qələbələri ilə ucaldaraq Türk bayrağını yüksəklərə qaldırdılar.Buna görə də bu qəhraman və gözəl qızlarımızı bir daha təbrik etdi.Hər birimizim Türk dünyasının övladı olaraq Cansu və Qəmzə kimi olmalarını arzu etdi. Canəli Abdullayev, Masallı rayonu Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbin Dil-ədəbiyyat müəllimi “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |