Главная > Maraqlı > Prezident İlham Əliyevin cari ilin 18 aprel tarixində Salyan şəhərində səfərdə olmuşdur

Prezident İlham Əliyevin cari ilin 18 aprel tarixində Salyan şəhərində səfərdə olmuşdur


24-04-2023, 14:18. Разместил: admin44

Azərbaycan Prezidenti İlham Əliyev cari ilin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı dövlətimizin başçısı son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi layihələrdən, işğaldan azad olunmuş torpaqlarda gedən geniş abadlıq və quruculuq işlərindən danışıb.O,çıxışında 2004- cü ildən ölkəmizdə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarının əhəmiyyətindən, bu proqramların ölkəmizin sosial-iqtisadi inkişafında əsas strateji sosial layihələrdən biri olduğunu, hazırda dördüncü belə dövlət proqramının uğurla icra edildiyini qeyd edib.
               
Dövlətimizin başçısı Azərbaycan televiziyasına verdiyi müsahibəsində demişdir:"Mən əvvəlki dövrlərdə Salyan və Neftçala rayonlarında bir neçə dəfə olmuşam və bu səfər çərçivəsində iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir.Həm gözəl "Asan xidməti Mərkəzi",bu sayca 25- ci mərkəzdir.Asan xidməti Mərkəzi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınaraq,ölkə daxilində onların fəaliyyəti yüksək qiymətləndirilir.Asan xidmət mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən yüksək səviyyədə qiymətləndirilir və rəğbətlə qarşılanır.Bəyənmə əmsalına gəldikdə,əhalinin 99,8 faizi bu mərkəzlərin xidmətini bəyənir".
         
Azərbaycan Prezidenti eyni zamanda televiziyaya verdiyi müsahibəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən də danışıb. O,müsahibəsində bildirib ki,Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi bizim üçün əsas prioritet istiqamətlərindən biridir.Ən çox həmin ərazilərdə tez -tez səfərlərdə olduğunu deyən dövlətimizin başçısı çıxışında demişdir ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki,biz bu torpaqların sahibləri öz doğma dədə - baba torpaqlarımıza qayıtmışıq.O, çıxışında 30 il ərzində Ermənistanın bu torpaqları viran qoyduğunu,daşı- daş üstə qoymayaraq, soyğunçuluq və talançılıq ,barbarlıqla məşğul olduğunu bildirib."Biz -bu torpaqların sahibləri gəlmişik qurmaq üçün, yaratmaq üçün.Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir ".Ölkəmizin başçısı çıxışında hazırda ölkəmizdə aparılan infrastruktur layihələrinin icrasından və onların uğurla həyata keçirilməsindən də geniş söz açmışdır.
"Bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki,biz büdcəyə əlavələr edək.İlk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanmışdır.Bu da şəffaflıq və yeni idarəetmə nəticəsində olmuşdur.Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur ".

Azərbaycan Prezidenti çıxışında ordu quruculuğu sahəsində görülən işlər barədə məlumat verib.O, müsahibəsində iki yarım il 44 günlük Zəfər müharibəsindən keçdiyini,hazırda bu günkü ordumuzun  zəfər çalmış eyni Azərbaycan ordusundan qat-qat güclü olduğunu bildirib.O, həmçinin Azərbaycan -Türkiyə qardaşlığıının,birliyinin sarsılmaz və əbədi olduğunu ifadə edib.O,çıxışının sonunda Ermənistanda keçirilən idman yarışında Azərbaycan bayrağına qarşı edilmiş hörmətsizlikdən,ertəsi gün isə Türkiyə bayrağının Ermənistandakı idman yarışında qaldırıldığını, Türkiyənin dövlət himninə ermənilərin ayaq üstə qalxaraq məcburən  qulaq asdıqlarından söz açıb.

"Bir yaramaz bizim bayrağımızı yandırır, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldılır və onlar Türkiyənin dövlət himninə ayaq üstə qulaq asmağa məcbur olurlar.Mən bir daha gözəl qızlarımızı təbrik etmək istəyirəm .Hər birimiz- Türk dünyasının hər bir övladı ,bax,Cansu və Qəmzə kimi olmalıdır.Mənim arzum budur".



Ziyafəddin Cavadov,
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад