Главная > Maraqlı > “Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat”

“Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat”


24-04-2023, 14:50. Разместил: admin44

Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir və ondan bu gün də, gələcəkdə də çox ehtiyatla istifadə etmək lazımdır. Düşünmək lazımdır ki, bizim sərvətlərimiz təkcə bugünkü nəsillər üçün deyil, nəvə-nəticələrimiz, gələcək nəsillərimiz üçün də gərəkdir.
             
Müstəqilliyimizin qarantı, dövlətimizin qurucusu və memarı ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ona görə ki, o, bazar iqtisadiyyatı yolunun qanun-qaydalarına riayət etməyi xalqımıza vacib bilərək deyirdi: “-Əgər biz istəyiriksə doğurdan da, həqiqətən respublikamızın təbiətindən, torpağından, suyundan, havasından, kənd təsərrüfatı imkanlarından maksimum istifadə edərək, xalqımızın rifahını yaxşılaşdıraq, onda biz bazar iqtisadiyyatı yolu ilə getməliyik. Bazar iqtisadiyyatının ən böyük xüsusiyyəti insanlara sərbəstlik verməkdən, onları torpağın sahibi etməkdən, bir sözlə mülkiyyət formasını dəyişdirməkdən ibarətdir”.
               
Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasətinin başlıca prinsipi belə olmuşdur: “İqtisadiyyatı güclü olan dövlət hər bir şeyə qadirdir”. Ümummilli liderimiz Heydər Əliyevin həyatının məqsədi Azərbaycan, Azərbaycan Respublikası, Azərbaycan vətəndaşı olmuşdur. Həyat amalı isə belə idi: “Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”. Doğurdan da ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövləti naminə hər bir məqsədinə nail oldu. Bütün bunların hamısı onun böyük bacarıq, səriştə və nüfuz sahibi olmasından irəli gəlirdi. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada ümummilli lider Heydər Əliyevin xidmətləri olmasın. Məhz bunun üçün də hər zaman Azərbaycan adı gəldikdə Heydər Əliyev, Heydər Əliyevin adı çəkildikdə isə Azərbaycan yada düşür.
               
Ulu Öndərimizin misilsiz xidmətləri sayəsində ölkəmizdə təhsil, mədəniyyət, səhiyyə, idman, ordu quruculuğu, iqtisadiyyat və digər sahələrdə canlanma yaranmış və göstərilən diqqət-qayğı nəticəsində misilsiz uğurlar əldə olunmuşdur. Məhz ulu öndər Heydər Əliyevin qətiyyətli bacarığı sayəsində respublikamızın digər dövlətlərlə əlaqələri yaranmış və qısa zamanda ölkəmiz bütün dünyada tanınmışdır. Azərbaycanın beynəlxalq miqyasda tanıdılması ulu öndər Heydər Əliyevin cilid-cilid kitablara sığmayan titanik fəaliyyətinin nəticəsidir. Beləliklə, yaxın tariximizə diqqət yetirdikdə görürük ki, ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin inkişafına və xalqımızın firavan yaşamasına həsr olunub.
           
 Ulu Öndərimizin Azərbaycan xalqına, Azərbaycan dövlətinə həsr olunmuş fəaliyyəti və ömür yolu gələcək nəsillərə bir nümunədir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək əməli siyasi fəaliyyəti ilə bunu sübut edən ümummilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşına, bir sözlə tarixinə həkk olunmuşdur. Deməli, ümummilli lider Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir. Bu tarixi sevmək üçün isə ilk əvvəl onu öyrənməliyik. Bunun üçün isə dahi şəxsiyyətin ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və sevərək təbliğ etmək lazımdır. Bunu etmək isə hər bir Azərbaycan gəncinin ümdə vətəndaşlıq borcudur.Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi həyatın sərbəstləşdirilməsi, xarici kapitalın, xarici investisiyaların Azərbaycana cəlb olunması, xarici investorlar üçün əlverişli şərait yaradılması xəttini qəti şəkildə götürmüşdür.

Sözün qısası, söhbət azad bazar iqtisadiyyatından gedir. Bununla əlaqədar mən Azərbaycanla iqtisadi əməkdaşlığa maraq göstərənlərin hamısını respublikamıza dəvət etmişəm, onu nəzərdə tuturam ki, Azərbaycan hər cəhətdən bütün dünya üçün açıqdır, xüsusən investisiyalar üçün, iqtisadi münasibətlər üçün Azərbaycan Birləşmiş Krallığın işgüzar aləminin üzünə açıqdır. Mən demişəm və sizin qarşınızda bir daha bildirirəm ki, Azərbaycan iqtisadi əməkdaşlıq üçün, investisiyalar üçün əlverişli imkanlara malikdir, respublikanın rəhbərliyi, dövlətimiz investisiyaların müdafiəsinə, Azərbaycanla əməkdaşlığa başlayacaq xarici firmaların mənafelərinin müdafiəsinə təminat verir.


   
Müşfiq Qurbanov,
Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад