Главная > Maraqlı > “Vətənpərvərlik klubu” çərçivəsində qazi Samiq Hüseynovu ziyarət

“Vətənpərvərlik klubu” çərçivəsində qazi Samiq Hüseynovu ziyarət


27-04-2023, 18:27. Разместил: admin44

27 aprel 2023-cü il tarixində “Vətənpərvərlik klubu” çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ müharibəsi qazisi Hüseynov Samiq Fəttah oğlunu ziyarət ediblər. Ziyarət zamanı qəhrəmanımızın keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Hüseynov Samiq Fəttah oğlu 08 İyul 1998-ci il tarixində Masallı rayon Şıxlar kəndində anadan olmuş, 2004-2013-ci illərdə (9 illik) orta təhsil almış, 2016-2018-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. Qəhrəmanımız Füzuli, Şuşa və Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşdə belindən və ayağından yaralanmış, 3-cü qrup əlildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Hüseynov Samiq Fəttah oğlu “Füzulinin azad olunmasına görə”, və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.


“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад