Главная > Maraqlı > “Zəfər tarixini yazanlar” başlığı altında tədbir

“Zəfər tarixini yazanlar” başlığı altında tədbir


27-04-2023, 18:32. Разместил: admin44

Aprelin  27-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası , Bakı şəhər  Mədəniyyət Baş idarəsi Xətai rayon Mərkəzləşmiş Kitabxana Sistemi və Masallı Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Zəfər tarixini yazanlar” başlığı altında tədbir keçirildi. Muzeydə keçirilən tədbirdə  təşkilatçı müəssisənin əməkdaşları, mədəniyyət işçiləri, ziyalılar, qazilər və gənclər iştirak etdilər.

Əvvəlcə  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Zəfər tarixi, onun qəhrəmanları ilə əlaqədar keçirilən tədbirin məqsədindən geniş danışdı.

Sonra çıxış edən Prezident təqaüdçüsü, Azərbaycan yazıçılar birliyinin üzvü, yazar, Peşə Yönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyin sədri, Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili, Milli Azərbaycan Tarixi Muzeyin elmi işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini Muzeyşünaslıq kafedrası müəllimi Sahibə Ələkbərova, Xətai rayon Mərkəzləşmiş Kitabxana Sisteminin baş kitabxanaçısı Ağgül Mərdanova Qarabağı görməyən lakın Qarabağ sevgisilə böyüyərək bizlərə Qələbə sevincini yaşadan, otuz illik kədərimizə, həsrətimizə son qoyan igidlərə təşəkkürlərini ifadə etdilər.

Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları şurası sədri Şiriyev Məmmədağa, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai  Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov çıxış edərək  “Lələ təpədən Şuşaya qədər”  şüarı altında amal, əməl, tökülən qanlarla Azərbaycanı dünyaya tanıdan igidləri tanımaq və tanıtdırmağı hər birimiz özümüzə borc bilməliyik söylədilər. Onlar bizə Zəfəri bəxş edənlərin Vətənə məhəbbətinin arxalı dayağından, Ali baş komandanın “Mən sizinlə fəxr edirəm, sizə güvənirəm, siz də mənə güvənə bilərsiniz “sözü ilə irəliyə atılaraq keçilməyən sildırım qayaları  aşanların əzmindən danışaraq hər bir igidimizin bizim üçün qürur mənbəyi olduğunu xüsusi qeyd etdilər.

Vətən Müharibəsi iştirakçıları olan kapitan İsmayılov Azər, İsmayılov Ruslanın atası Əziz İşmayılov vətənin azadlığı uğrunda mərdi mərdanə döyüşən , bu problemi gələcəyə saxlamayan oğullarla qürur duyduğunu ifadə etdi.  Qazilərdən Cavid Nuri, Qüdrət Əzizov, Talıb Qəzənfərli həmin günlərin xatirələri  nə qədər ağır olsa belə onlara göstərilən maddi və mənəvi dəstək,  diqqət və  dəyərin sayəsində  yaralı olsalar belə lazım gələrsə yenə də vətənin yolunda canlarından keçməyə hazır olduqlarını bildirdilər.

Tədbir təşkilatçılar tərəfindən  qazilərə təşəkkürnamələr təqdim olunaraq xatirə şəkilləri çəkildi.

 Tədbirdən sonra qonaqlar Mərkəzi Kitabxananı  , Qəhrəmanlar Parkını, eyni zamanda Ağakişibəyli kəndinin şəhidi , Bakı Dövlət Universitetinin tələbəsi olmuş Nurlan Əbilovun məzarını və ailəsini ziyarət etmiş oldular.






“Yeni həyat” qəzeti
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад