Главная > Maraqlı > Azərbaycan-Bolqarıstan münasibətləri uğurla inkişaf edir

Azərbaycan-Bolqarıstan münasibətləri uğurla inkişaf edir


28-04-2023, 13:10. Разместил: admin44

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti cənab İlham Əliyev bu yaxınlarda Bolqarıstan Respublikasına rəsmi səfərdə olub. Qeyd etmək yerinə düşər ki, bütün dövlətlərdə olduğu kimi, həmin səfərdə də ölkə basşçımız səmimi qarşılanmış, bir sıra ikitərəfli sənədlər imzalanmışdır.

İndi Azərbaycanın dünyada etibarlı, sözünü deyən bir dövlət imici formalaşdrıb. Ona görədir ki, dünyanın müxtəlif ölkələri Azərbaycan Respublikasını müttəfiq tərəfdaş kimi qəbul edir, dövlət əhəmiyyətli sənədlərə imza atırlar. Məhz Prezident İlham Əliyevin Bolqarıstana səfəri də bu qəbildəndir. Bolqarıstan Respublikası da ölkəmizlə əlaqələrin daha da yaxşılaşdırılmasında önəmlidir. Bunun hər iki rəsmi danışıqlar zamanı bir dahidi olduq. Bolqarıstan həm Avropa İttifaqına, həm də NATO-ya daxil olan ölkədir, bu baxımdan İlham Əliyevin səfəri Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev jurnalistlərə açıqlamasında deyib.
Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin Azərbaycan Respublikasının xarici siyasətinin vacib tərəflərindən olduğunu qeyd edən Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan münasibətləri ötən dövrlərdə iqtisadi, siyasi, enerji, humanitar və başqa sahələr üzərində ardıcıl inkişaf edib. Daha dəqiq Bolqarıstan Azərbaycan Respublikasını Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaşkimi tanıyır. Məhz buna görədir ki, Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrini prioritet məsələ kimi davamlı hesab edir.

Məhz bu günlərdə, aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşündə Bolqarıstan Prezidenti Rumen Radev Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması tədbirində iştirak üçün Bolqarıstana səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi və “Həmrəylik Halqası” STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvarlığını ifadə etdi.
Prezident İlham Əliyev səfərə dəvətə görə Prezident Rumen Radevə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyevin imzalanma mərasimində dediyi kimi, bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Enerji Komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.

Əminəm ki, bu gün keçirilən mühüm mərasim əməkdaşlığımızın gücləndirilməsində atılan növbəti addım olacaq. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu imzaladılar. Onun əsasında, biz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik.

Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq, - deyə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev müsahibəsində qeyd edib.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад