Главная > Maraqlı > Heydər Əliyev - 100. Dünyaya tanıtdın

Heydər Əliyev - 100. Dünyaya tanıtdın


2-05-2023, 13:41. Разместил: admin44


Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününə

Sən dünyaya tanıtdın,
Azərbaycan elini.
Ölkələrdə ucaltdın,
Elin doğma dilini.
Düşmənlərlə savaşda,
Səngərləri gəzirdin.
Əsgərlərin yanında,
Qorxu-mifi əzirdin.
Vətən gəlsin özünə,
Getdin atəşkəsinə,
Yolu saldın düzünə,
Haqq səs versin səsinə.
Əsrin layihələri,
Bəhrə verdi, səs saldı.
Ölkəmiz gündən-günə,
Tükənməz qüvvət aldı.
İlhama verdin rolu,
Göstərdin yollarını.
Dost olan ölkələrə,
Açırdı qollarını.
44 gündə qələbə,
Birləşməklə çalındı.
Qarabağ torpaqları,
Sərhədlərlə alındı.
İlham, xalqı, ordusu,
Dünyanı çaş-baş saldı.
“Ata vəsiyyətini”,
Yetirdi, Zəfər çaldı.




Məmməd AĞA, yol mühəndisi.
1 may 2023-cü il.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад