Главная > Maraqlı > Masallılı gənc alim qız

Masallılı gənc alim qız


3-05-2023, 16:18. Разместил: admin44

Masallıdan olan gənc qız kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Haqqında bəhs etdiyimiz Məhərrəmova Lalə Gülbala qızı Masallı rayonunun Eminli kəndində, ziyalı ailəsində anadan olub. Şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbi bitirib. Vaxtilə bu təhsil ocağında kimya müəllimi kimi çalışan anası Saniyə Eminova hazırda Bakı şəhəri 308 saylı tam orta məktəbində, atası isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir.

Məlumat üçün bildirək ki, Ali Attestasiya Komissiyası Kollegiyasının 14.04.2023-cu il tarixli qərarı ilə bu elmi ada layiq görülən gənc alim qızımız Lalə Məhərrəmova 2010-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 2011-2013-cü illərdə isə magistratura təhsili alıb.
2015-ci ildə Azərbaycan Milli Elmər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz ve Qeyri-Üzvi Kimya İnstitutunun doktorantura şöbəsinə daxil olub. 2022-ci il iyunun 9-da həmın institutda “Kimyəvi kinetika ve kataliz” ixtisası üzrə “Metanolun dimetoksimetana çevrilməsi üçün V,Zr əsaslı
katalizatorların işlənməsi” mövzusunda elmi işini uğurla müdafiə edib.

Müxtəlif vaxtlarda 25 elmi əsəri, bir patienti dərc olunub.

2015-ci ildən Bakı Dövlət Universitetinin Kimya fakültəsində, “Fiziki və kolloid kimya” kafedrasında çalışır.
Ailəlidir, iki övladı var.

 

Akif AĞAYEV



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 
шаблоны для dle 11.2
Вернуться назад