Главная > Maraqlı > “Heydər Əliyev irsini öyrənək və davam etdirək” mövzusunda tədbir

“Heydər Əliyev irsini öyrənək və davam etdirək” mövzusunda tədbir


3-05-2023, 21:38. Разместил: admin44

Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı Təhsil Sektorunun dəstəyi Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev irsini öyrənək və davam etdirək” mövzusunda tədbir keçirildi. Muzeydə keçirilən tədbirdə Teymur bəy Bayraməlibəyov adına Yeddioymaq kənd 2 saylı tam orta məktəbin şagird və müəllimləri iştirakı etdi.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə muzeyin elmi işçisi Dilgüşə Məmmədova ümummilli lider Heydər Əliyevin azərbaycançılıq, vətənpərvərlik ideyalarına əsaslanan həyatından və Heydər Əliyev irsinin gələcək nəsillər üçün zəngin xəzinə olduğundan geniş danışdı.  

Sonra çıxış edən Yeddioymaq kənd 2 saylı tam orta məktəbin müəllimi Kənan Hüseynov yeniyetmələrin inkişafında Heydər Əliyev kimi dahi şəxsiyyətin irsinin öyrənilməsi və təbliğ edilməsi vacibliyini xüsusi qeyd etmiş oldu.

Daha sonra şagirdlər Heydər Əliyevlə bağlı şer parçaları səsləndirdilər.

Yekunda tədbir iştirakçıları muzeyə və qalereyaya ekskursiya etdilər.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад