Главная > Maraqlı > Masallıda “Babaların izi ilə” adlı dəyirmi masa

Masallıda “Babaların izi ilə” adlı dəyirmi masa


8-05-2023, 21:05. Разместил: admin44

Mayın 8-də Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Böyük Vətən Müharibəsinin 78-ci ildönümü ilə əlaqədar “Babaların izi ilə” adlı dəyirmi masa keçirildi. Tədbirdə təşkilatçı müəssisənin əməkdaşları iştirak etdilər.

Əvvəlcə Böyük Vətən Müharibəsində həlak olan və  ümumən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin direktoru Əntiqə Tağıyeva və qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov  çıxış edərək Böyük Vətən Müharibəsində Azərbaycan xalqı faşizmlə mübarizəyə bütün imkanlarını səfərbər edib, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80, mühərrik yağlarının isə 90 faizi Azərbaycanın payına düşüyündən danışdılar. Natiqlər Heydər Əliyevin “Hər bir gənc veteranlarımızın qəhrəmanlıq nümunələrindən, əmək fədakarlığından özü üçün nümunə götürməlidir. O qəhrəmanlıq nümunələri bugünkü nəslimiz, gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olmalıdır” fikrindən bəhrələnən Azərbaycan gəncliyi həqiqətən Babalarının izi ilə yaşayaraq qazandıqları  qələbədən, respublikada müharibə iştirakçılarına,  cəbhə veteranlarına xüsusi diqqət və qayğıdan da geniş danışdılar.

Yekunda tədbir iştirakçıları muzeydə Böyük Vətən Müharibəsinə həsr olunmuş sərgi ilə tanış oldular.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад