Главная > Maraqlı > Masallı gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası

Masallı gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası


9-05-2023, 20:22. Разместил: admin44

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi əlaqədar olaraq,

Masallı gənclərinin Masallı Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva  gənclərə sərgilənən eksponatlar və şəkillər haqqında məlumat verib. Mərkəzdə Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

Həmçinin gənclər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, Ulu Öndərin  fəaliyyətlərindən bəhs edən foto-sərgidə  iştirak ediblər.

Sonda gənclər Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş   filmə baxıblar.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад