Главная > Maraqlı > “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda “Breyn rinq” intellektual bilik yarışı

“Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda “Breyn rinq” intellektual bilik yarışı


9-05-2023, 20:25. Разместил: admin44

Masallıda “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda “Breyn rinq”  intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

“ASAN” İntellektual İnkişaf Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyasının  Masallı rayon təşkiltının, “Masallı Gənclər Evi”SXM-nın, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda Masallı rayon tam orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri  arasında “Breyn rinq”  intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

Mükafatlandırılma mərasimində Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışdı. Sədr qeyd etdi ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, “Masallı Gənclər Evi”SXM-nın direktoru Fuad Mənsimov, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, Ombudsmanın Cənub Regional Mərkəzinin  rəhbəri Ziya İsmayılov çıxışlarındabilidirdilər ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəslə aşılanması məqsədi ilə rayonumuzda  ardıcıl tədbirlər keçirilir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən bu günkü tədbir xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması məqsədilə təşkil edilib. Bu günkü qüdrətli, güclü, qalib Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı mövzuları əhatə edən suallar əsasında keçirilən bilik yarışında Hüseynhacılı kənd tam orta məktəbin “Qarabağ” komandası birinci yerə, Böyük Xocavar kənd B.Məmmədov adına tam orta məktəbin “Zirvə” komandası ikinci yerə, Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbin “Xarı bülbül” komandası üçüncü yerə layiq görülmüşlər.

Sonda qalıb komandalara diplomlar və hədiyələr təqdim edildi.






“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад