Главная > Maraqlı > Masallıda Böyük Vətən Müharibəsi veteranını ziyarət

Masallıda Böyük Vətən Müharibəsi veteranını ziyarət


9-05-2023, 20:31. Разместил: admin44

Masallı rayonunun Viləş kəndində Böyük Vətən Müharibəsi veteranı Teymurov Cənnət Eyniş oğlu 9 May - Qələbə Günü münasibəti ilə ziyarət olunmuşdur.

Belə ki, Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, Bəxtim Qarayev, Tohid Hüseynov, sektor müdiri Elvin Fəttayev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəis əvəzi Vüsal Şirinov, Rayon İcra Hakimiyyəti Başçısının Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov və Öncəqala bələdiyyəsinin sədri Elmar Məmmədov birlikdə ziyarət etmişlər.

Ziyarət zamanı rayon rəhbəri BVM veteranın qayğıları və səhəti ilə maraqlanmış, onu narahat edən məsələlərlə bağlı söhbət etmiş və xatirələrini dinləmişdir.

Onu ziyarət edən rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə edən BVM veteranı Cənnət Teymurov daim Ölkə Başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu bildirmişdir.








“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад