Главная > Maraqlı > Heydər Əliyev irsi milli və zəngin  xəzinəmizdir

Heydər Əliyev irsi milli və zəngin  xəzinəmizdir


8-05-2023, 16:02. Разместил: admin44

Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və Vətənini canından artıq sevən, ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün həmişə əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olub və olacaqdır. Bütün həyatını və siyasi fəaliyyətini böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və Vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq, böyük uğurlara nail olub.
             
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti qarşısında müstəsna dərəcədə böyük xidmətləri vardır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan geridə qalmış aqrar ölkədən hərtərəfli surətdə inkişaf etmiş bir respublikaya çevrilmişdir. Siyasi Büronun üzvü kimi çoxcəhətli fəaliyyəti onun keçmiş sosialist ölkələri arasında və müttəfiq respublikalarda, hətta Sovetlər İttifaqından kənardakı kapitalist dövlətlərində də əsl dövlət xadimi olaraq qəbul edilməsinə yol açmışdır. Ən yaxın tariximizdə, XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi də Heydər Əliyevin qətiyyəti, cəld çıxış yollarını tapmaq və düzgün müəyyən edilmiş strategiyanı böyük bacarıqla həyata keçirmək istedadı sayəsində aradan qaldırılmışdır. Ulu Öndər Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmaqla ölkəmizin və xalqımızın böyük gələcəyinin yollarını açmışdır.
                 
2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunması ilk növbədə bu böyük dövlət xadiminin dünya siyasətindəki, habelə Azərbaycan xalqının tarixində və taleyindəki xidmətlərinin dünyaya və xalqımıza çatdırılmasına geniş imkan yaradılmasına uğurla xidmət edir. Bu mənada "Heydər Əliyev İli" haqqında Azərbaycan Prezidentinin Sərəncamı tarixin axarını dəyişdirmiş bu dahi şəxsiyyətin dünya tarixindəki yerinə və mövqeyinə, Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin əməli ifadəsidir. "Heydər Əliyev İli" haqqında Prezident sərəncamındakı aşağıdakı fikirlər bu görkəmli dövlət xadiminin unudulmaz xidmətlərini obyektiv şəkildə ifadə edir: "Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin mənəvi dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer qazanmasında müstəsna rol oynamışdır… Dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir".
               
Heydər Əliyev yeni tarixi epoxada Azərbaycanın dövlət müstəqilliyinin banisi, qüdrətli xilaskarı və böyük qurucusu olan tarixi şəxsiyyətdir.Heydər Əliyevin uzaqgörən dövlətçilik idealları bu gün də müstəqil Azərbaycan Respublikasının inkişaf yoluna gur işıq salır, bələdçilik edir.Onun müdrikliyi, uzaqgörənliyi, ictimai-siyasi fəaliyyəti, bütövlükdə, hər bir Azərbaycanlı üçün nümunədir və əsl dövlətçilik məktəbidir. Bu gün  hər bir sadə peşə adamından tutmuş rəhbər işçiyədək hamı Ümummilli Liderin irsini, onun idarəçilik prinsiplərini öyrənməli, onlardan birmənalı şəkildə bəhrələnməlidir. Ulu Öndərimizin şərəfli ömür yolu  Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil üçün əsl örnək, həyat məktəbidir.
       
Belə bir deyim var:”Qüdrətli hökmdarlar dövlətləri yaradır,qoruyur ,zəif,səriştəsiz hökmdarlar isə dağıdırlar”.Müstəqil Azərbaycanın təməlini qoyan Heydər Əliyev  qürətli hökmdar kimi Azərbaycanın  Milli və tükənməz xəzinəsidir. Hər bir Azərbaycan gənci, ziyalısı, vətəndaşı bu tükənməz xəzinəni və  aparığı siyasi irsi mütləq öyrənməli və dövlətçilik naminə bu irsdən, xəzinədən bir təlim, nəzəriyyə kimi istifadə edilməlidir. Bu gün fəxrlə deyirik ki, Ümummilli Liderimiz bizim milli və zəngin xəzinəmizdir. Bu isə  hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.
           
Ulu öndərin “ ərazi bütövləşdirilməsi sağlam düşüncə qələbəsinin nəticəsidir”fikrini əsas tutaraq Heydər Əliyev siyasi xəttinə sədaqətinin qoruyan İlham Əliyev və xalq birliyi   güclü Azərbaycan dövləti suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.             .  
          Heydər Əliyevin tükənməz xəzinəsi və  siyasi irsi hər zaman öyrəniləcək, təbliğ olunacaq və yaşayacaqdır. Bu dahi şəxsiyyət  Azərbaycan xalqı üçün əzizdir və əbədidir. Bu irsi  qoruyub gələcək nəsillərə çatdırmaq isə bizim hər birimizin  ən ali vəzifəmizdir.

     
                   
Məmmədova Dilgüşə,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi



"Yeni həyat" qəzeti,
 www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад