Главная > Maraqlı > Masallıda “Tir atıcılığı” üzrə rayon turnirnə yekun vurulub

Masallıda “Tir atıcılığı” üzrə rayon turnirnə yekun vurulub


11-05-2023, 18:47. Разместил: admin44

11 may 2023-cü il tarixdə Masallı rayon Gənclər və İdman idarəsinin, “Masallı Gənclər Evi” sosial xidmət müəsissəsinin və Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhid mayor Novruzov Anar Gülverdi oğlunun xatirəsinə həsr olunmuş Masallı rayon tam orta ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Tir atıcılığı” üzrə rayon turnirinə yekun vurulub.

Tədbirdə əvvəlcə Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Tədbirin bağlanış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin direktoru Fuad Mənsimov, şəhid mayor Anar Novruzovun qardaşı Sücəddin Novruzov, Dini Qurumlar iş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli və “Masal prodakşın”-ın baş direktoru Cəfər Cəfərov tədbirdə çıxış edərək şəhid mayor Anar Novruzovun keçdiyi şərəfli döyüş yolundan və keçimiş xatirələrindən danışaraq yarışda qalib gəlmiş iştrakçıları təbrik etmiş və onlara gələcək həyatlarında uğurlar arzulamışlar.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад