Главная > Maraqlı > “Vətənpərvərlik klubu” çərçivəsində qazi Emin Lətifzadəni ziyarət

“Vətənpərvərlik klubu” çərçivəsində qazi Emin Lətifzadəni ziyarət


11-05-2023, 18:48. Разместил: admin44

11 may 2023-cü il tarixində “Vətənpərvərlik klubu” çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ müharibəsi qazisi Lətifzadə Emin Zaur oğlunu ziyarət ediblər.

Ziyarət zamanı qəhrəmanımızın keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Lətifzadə Emin Zaur oğlu 02 iyun 1998-ci il tarixində Masallı rayon Güllütəpə kəndində anadan olmuş, 2004-2015-ci illərdə təhsil almış, 2016-2018-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib.

Qəhrəmanımız Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşdə yaralanmış, 3-cü qrup əlildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Lətifzadə Emin Zaur oğlu “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад