Главная > Maraqlı > Masallı şəhər 4 saylı məktəbin I sinif şagirdlərinin kitabxana ilə tanışlığı

Masallı şəhər 4 saylı məktəbin I sinif şagirdlərinin kitabxana ilə tanışlığı


12-05-2023, 19:03. Разместил: admin44

Masallı rayon Mərkəzi Kitabxanasına növbəti ekskursiya təşkil edilib.

Ekskursiyada Sakit Tağıyev adına Masallı şəhər 4 saylı tam orta məktəbin 1-ci sinif şagirdləri iştirak ediblər.

Tədbirə başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Uşaq şöbəsinin əməkdaşı Esmira Ağarzayevanın şagirdləri uşaq şöbəsi ilə tanış etmiş və məktəbli oxuculara söylədiyi nağıl onların çox böyük marağına səbəb olmuşdur.

Tədbir zamanı şagirdlər kitabxanada təşkil edilmiş ”Heydər Əliyev-100” sərgisinin önündə şeirlər söyləyərək, xatirə şəkli çəkdirmişlər.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад