Главная > Maraqlı > Ulu Öndər eydər Əliyevin 100 illik yubileyi Şuşa şəhərində qeyd edildi

Ulu Öndər eydər Əliyevin 100 illik yubileyi Şuşa şəhərində qeyd edildi


13-05-2023, 11:12. Разместил: admin44

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilir. Dünyaya Günəş kimi doğan, tarixi Zəfəri ilə dünəninin, bu gününün və gələcəyinin təqdimatını edən Azərbaycanın hər günü üçün Ümummilli Lider Heydər Əliyevə borcluyuq. Dahi şəxsiyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Məhz buna görə böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Dahi şəxsiyyətin şah əsəri illər keçdikcə biri-birindən möhtəşəm uğurlarla zənginləşdi, tarixi Zəfərə imza atdı.

Dövlət başçısı İlham Əliyev Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ilə bağlı müraciətini Azərbaycanın döyünən ürəyi, mədəniyyət paytaxtımız Şuşadan etdi. İmzalanan hər bir sənədin, edilən müraciətin, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin məkanı hər zaman xüsusi önəm kəsb edir. Dövlət başçısı qeyd olunan müraciəti məhz Şuşadan etdi. Ölkə Prezidentinin bu məkandan edilən müraciəti Ulu Öndər Heydər Əliyevin, Azərbaycan xalqının qarşısında hesabat kimi dəyərləndirildi. Cənab İlham Əliyev Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı vaxtdan bugünədək Azərbaycanın keçdiyi yolun təqdimatını etdi. Dövlət başçısı “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik” fikirləri ilə müraciətin Şuşadan edilməsinin səbəbini açıqladı.
             
Dövlət başçısı İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyində Şuşaya səfəri Onun əlamətdar günləri xalqla birgə keçirməsi ənənəsinin davamıdır: “Tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salsaq ölkə Prezidentinin bütün tarixi günlərdə, bayramlarda işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini, müraciətini məhz bu məkanlardan etməkdən qürur hissi keçirdiyini görürük. Hər bir müraciət özündə Azərbaycanın dünənindən bu gününə və gələcək hədəflərinə bir baxış, zəngin mənbədir. Ümummilli Lider Heydər Əliyevin canından artıq sevdiyi dövləti, xalqı son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurları ilə dünyanın diqqətindədir.
           
Prezident İlham Əliyevin müraciətində Ermənistana və havadarlarına ünvanlanan mesajlar da öz əksini tapıb. Ölkə Prezidenti “Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə bu torpaqları bizə verməmək üçün gecə-gündüz əlləşirdi. Həm coğrafi relyefə arxalanırdı, 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğularına arxalanırdı və himayədarlarına arxalanırdı. Hesab edirdi ki, biz bu vəziyyətlə barışacağıq. Amma mən deyirdim ki, yox, barışmayacağıq. Deyirdim bunu, gərək məni eşidəydilər. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacağıq, öz Bayrağımızı qaldıracağıq və öz doğma torpaqlarımızda yaşayacağıq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi” söyləməklə bu torpaqların tarixi sahibinin kim olduğunu və burada əbədi olacağımızı bəyan etdi. İki ildən artıqdır ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, Böyük Qayıdış proqramı uğurla icra edilir. Soydaşlarımızın bu torpaqlara qayıdışı mərhələ-mərhələ həyata keçirilir. 2023-cü il laçınlıların Laçına qayıdışı ilə tarixə yazılacaq. Dövlət başçısı İlham Əliyev müraciətində bu çağırışı da etdi: “Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur
             
       

Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад