Главная > Maraqlı > “Əsrə bərabər ömür”

“Əsrə bərabər ömür”


15-05-2023, 16:00. Разместил: admin44
 
XX əsr milli tariximizin qüdrətli siması, görkəmli siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da böyük sevinclə qarşılanır.
Növbəti tədbir Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə gerçəkləşib.
Masallı Mədəniyyət Mərkəzində təşkil olunan “Əsrə bərabər ömür” adlı yubiley tədbirində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Xalq artisti Nurəddin Mehdixanlı, ziyalılar, kollecin müəllim və tələbələri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, "Şöhrət" ordenli Xalq artisti Nurəddin Mehdixanlı, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev zamanın axarını nizamlamaq qüdrətinə sahib güclü, qüdrətli şəxsiyyət Heydər Əliyevin zəngin həyat yoluna qısaca nəzər salaraq, öz xalqına həmişə sədaqətlə xidmət etmiş Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdəki fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən danışıblar.
Diqqətə çatdırılıb ki, Ulu Öndər irsinin öyrənilməsi və təbliği bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələdir.
Tələbələr Ulu Öndərə, Vətənə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Teatr və kino aktyoru, Prezidentin fərdi təqaüdçüsü Nurəddin Mehdixanlıya xatirə hədiyyələri təqdim edilib.
Tədbirin sonunda N.Mehdixanlının səsləndirdiyi, Xalq şairi Zəlimxan Yaqubun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Sənin yerin görünəcək” adlı şeir tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
 







Akif AĞAYEV


“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад