Главная > Maraqlı > Masallıda “Şuşanın şahinləri” mövzusunda tədbir
Masallıda “Şuşanın şahinləri” mövzusunda tədbir15-05-2023, 19:59. Разместил: admin44 |
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “ Türk dünyasının mədəniyyət paytaxtı” devizi altında “Şuşanın şahinləri” mövzusunda tədbir keçirildi. Muzeydə keçirilən tədbirdə şəhid ailələri, qazilər, Masallı Dövlət Regional Kollecin müəllim və tələbələri iştirak etdilər. İlk olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva 44 günlük Vətən Müharibəsinin Qələbə simvolunu daşıyan Şuşa şəhərinin 2023-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və Mədəniyyət paytaxtımızda 9-12 may tarixlərində keçirilən VI “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının gedişi və keçirilmə məqsədindən geniş danışdı. O, qeyd etdi ki, bu gün Qarabağın hər bir yerində aparılan quruculuq işləri və keçirilən dünya səviyyəli tədbirlərin təşkili yalnız bir məqsədə xidmət edir. Sonra iki şəhid anası Ziba xanım Əsgərli oğullarının ona başucalığı gətirdiyinə görə hər zaman onlarla qürur duyduğunu , bütün şəhid anaları adından xalq və dövlət tərəfindən onlara göstərilən qayğı , diqqətə görə dərin təşəkkürünü ifadə etdi. Daha sonra Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Masallı rayon filialının sədri Nahid Rəhimov və təqaüddə olan hərbiçi Nazim Cəfərli çıxış edərək 44 günlük müharibə qəhrəmanlarının bizlərin yüzilliklərdən qalmış qisasımızın müjdəçiləri, humanist olduğumuz qədər də ədaləti bərpa edə bilənlərdən olduğumuzu dünyaya bəyan etdilər. Müharibənin ağrı acısını hiss edən döyüşçülər bu qələbənin qazanılmasında dövlət və xalq birliyindən, Azərbaycan əsgərinin Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” n ətrafında sıx birləşməsini də xüsusi qeyd etdilər. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |