Главная > Maraqlı > Masallı gənclərinin 17 may ekskursiyası

Masallı gənclərinin 17 may ekskursiyası


17-05-2023, 18:52. Разместил: admin44

Mayın 17-də "Heydər Əliyev ili" çərçivəsində Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə bir qrup rayon gənclərinin Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Mərkəzin əməkdaşları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər haqqında gənclərə ətraflı məlumat verilib. Həmçinin gənclərə Mərkəzdə fəaliyyət göstərən "Kompüter kursları" barədə də məlumat verilib.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад