Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


23-05-2023, 17:46. Разместил: admin44

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən sonra, əsas iqtisadi resursların işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldiyi dövrdə, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində Lənkəran-Astara iqtisadi rayonunda, xüsusilə Masallıda yaddaqalan tədbirlər, açılışlar oldu.

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ölkənin hər yerində silsilə tədbirlər – konfranslar, idman yarışları, konsertlər və sair tədbirlər təşkil olundu. Masallıda da bu qəbildən olan tədbirlər keçirildi. Masallıda bu bayram ərəfəsində vətəndaşların rifahı üçün inşa edilmiş 4 əhəmiyyətli binanın – 140 yerlik Masallı şəhər 4 saylı körpələr evi, 100 yerlik Ərkivan qəsəbəsi uşaq bağçası, stolüstü tennis zalının və 400 nəfərlik yeni akt zalının tikintisi rayonun istənilən yaş qrupundan olan sakinlərinin sevincinə səbəb oldu. Hər kəs yaxşı bilir ki, sözügedən binaların tikintisi rayonun sosiallaşmasında, daha fəal və bacarıqlı uşaqların yetişməsində danılmaz xidmətləri olacaqdır.

İllər keçməsinə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin siyasətinin Azərbaycanın hər yerində yaşaması və hiss olunması Sizin və Mehriban xanım Əliyevanın uğurudur. Azərbaycan xalqı sağlığında olduğu kimi, vəfatından sonra da, Ulu Öndərinə minnətdardır. Hər kəs çox yaxşı bilir ki, günümüzün müstəqil və günü-gündən inkişaf edən Azərbaycanı onun yadigarıdır.



Hörmətlə,
Cəbiyev Rauf
Azərbaycan Respublikası, Masallı şəhəri.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 
 
шаблоны для dle 11.2
Вернуться назад