Главная > Maraqlı > “Açıq qapı” günləri

“Açıq qapı” günləri


24-05-2023, 20:38. Разместил: admin44

19-23 May tarixlərində Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Masalı Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə  “Məktəblilər üçün muzey həftəsi” adlı layihə çərçivəsində, həmçinin ”Heydər Əliyev ili” və 18 may-Beynəlxalq Muzeylər Günü ilə bağlı olaraq  məktəblilərin muzey və qalereyaya ekskursiyaları təşkil edilib.

“Açıq qapı” günlərində təşkil olunmuş ekskursiyalarda Şıxlar 1 və 2 saylı, Sakit Tağıyev adına şəhər 4 saylı, R. Əlihəsənov adına şəhər 1 saylı, N. Nərimanov adına şəhər 2 saylı, İntiqam Əsgərli adına şəhər 3 saylı, Boradigah qəsəbə 2 saylı , E. Əhədov adına Təzə Alvadı , Təklə, Kubin, Yelağac, Banbaşı, Musaküçə, Əmirtürbə, Böyük Xocavar və Yeyənkənd kənd tam orta məktəbin şagirdləri muzey, qalereya əməkdaşları tərəfindən regionun tarixi, adət ənənələri, ziyalıları, qəhrəmanları , rəsm əsərləri və mədəni irsi haqqında geniş məlumat əldə etmiş oldular.







“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад