Главная > Maraqlı > Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib

Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib


25-05-2023, 17:15. Разместил: admin44

Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Yarışa başlamazdan öncə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təhsilə, gənc nəslin yetişdirilməsinə, onların fərdi bacarıqlarının aşkar edilməsi və inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Oyunda 30 nəfərdən çox iştirakçı 5 komandada mübarizə aparıb. Ümumilikdə komandalara 40 sual təqdim olunub. Suallar əsasən Ulu öndərin həyat və fəaliyyəti, eyni zamanda vətənpərvərlik və ümumi dünyagörüşü ilə bağlı olub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda “Vətən” komandası bütün rəqiblərini üstələyərək 1-ci yerin sahibi olub. “İstiqlaliyyət” və “Zəfər” komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər.

Sonda qalib komandalara fəxri fərmanlar, yarışda fəal iştiraklarına görə “Şuşa” və “Qələbə” komandalarına isə təşəkkürnamələr təqdim olunub.










“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад