Главная > Maraqlı > “Müstəqil dövlət, müstəqil xalq”

“Müstəqil dövlət, müstəqil xalq”


27-05-2023, 00:30. Разместил: admin44

Ölkəmiz qədim tarixə malikdir. Tarixə nəzər salsaq görərik ki, yurdumuzda çoxlu güclü dövlətlər olmuşdur. Bu gün ki, Azərbaycan da onların  davamçısıdır.

Uzun bir müddət Azərbaycan Rusiyanın müstəmləkəsi olmuşdur. Ancaq xalqımız həmişə azadlığa, müstəqilliyə can atmışdır.

XX əsr tarixə təkcə texnika, elm əsri kimi deyil,  həmçinin  milli oyanış,  milli dövlətin yaranması kimi daxil olmuşdur.
1917-ci ildə Rusiyada imperiya dağıdıldı. Bunun nəticəsində bir sıra xalqlar öz müstəqilliklərini elan etdilər. Həmişə müstəqilliyə can atan xalqımızda 1918 - ci ildə öz müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.

Bu Cümhuriyyət şərqdə ilk demokratik respublika idi. Respublika yaranan kimi milli atributlar olan bayraq, milli gerb, himn  qəbul edildi.
Cümhüriyyət dövründə ölkə üçün böyük işlər görüldü.
İlk dəfə qadınlara seçki hüqüqi verən  və qadın kişi bərabərliyi yaradan Cümhuriyyət o cümlədən  millli ordu, milli bank, milli pul , azad seçkilər və digər işlərə imza atmışdır.

Azərbaycan Demokratik Respublikasını  rəsmi surətdə tanıyan ölkə Osmanlı imperiyası olmuşdur.

Cümhuriyyət çətin  və gərgin  şəraitdə  23 ay fəaliyyət göstərdi. Sovet Rusiyası Azərbaycanı məcburi şəkildə özünə birləşdirdi.

Əzimkar xalqımızın ideyasını heç bir qüvvə qıra bilməz. Bunu biz zaman - zaman görmüşük.
 Haqq ədalət bərpa olundu. 1991-ci ildə biz təkrar müstəqilliyimizə  qovuşduq. Xalqımız  28 may tarixini Respublika günü kimi qeyd etmişdir. Lakin 2021-ci ildən biz artıq 28 may tarixini " Müstəqilllik Günü " kimi qeyd edirik .

 Artıq biz qalib dövlətin vətəndaşları kimi  bu bayramı yüksək əhval - ruhiyyə ilə qeyd edirik.
 Yaşasın Azərbaycan !



Məlikova Həlimə 
Masallı rayon Böyük Xocavar kəndi.
Tarix müəllimi.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад