Главная > Maraqlı > Heydər Əliyev Mərkəzində “28 may - Müstəqillik Günü” münasibəti ilə tədbir keçirilib

Heydər Əliyev Mərkəzində “28 may - Müstəqillik Günü” münasibəti ilə tədbir keçirilib


26-05-2023, 23:30. Разместил: admin44


Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı Tarix-diyarşünaslıq Muzeyi və Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 28 may - Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva giriş nitqi ilə tədbiri açıq elan edib. D. İbayeva xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərancamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən bayram edildiyini xüsusi vurğulayıb.

Tədbirdə Masallı Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışıb.

“Azərbaycan Xalq Cümhüriyyəti müasir dövlətçiliyimizin təməlidir” mövzusunda mühazirə ilə çıxış edən Masallı Tarix-diyarşünaslıq Muzeyinin əməkdaşı Sevinc Əliyeva bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi  23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil  demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır.

Sonra Müstəqllik Gününə həsr olunan sənədli film nümayiş olunub.







“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад