Главная > Maraqlı > Masallıda avtomobildən 7 kiloqram narkotik vasitə aşkarlanıb

Masallıda avtomobildən 7 kiloqram narkotik vasitə aşkarlanıb


27-05-2023, 15:59. Разместил: admin44

Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb. DİN-dən SİA-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Ərkivan qəsəbəsinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Fəzalət Əliyev “Vaz 2106” markalı avtomobildə saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 2 kiloqram 400 qramdan artıq heroin və 4 kiloqram 500 qramdan artıq marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı F.Əliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə F.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад