Главная > Maraqlı > Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub

Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub


28-05-2023, 15:31. Разместил: admin44
             
Görüşdə Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri diqqət mərkəzində olub."Azərbaycan ilə Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan bütün ölkələr arasında münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi istiqamətində irəliləyir. Mən çox istərdim ki, gələcəkdə də belə davam etsin, çünki regional əməkdaşlıq potensialı çox yüksəkdir""Ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir", o qeyd edib.

Rusiyalı həmkarına müraciət edən dövlətimizin başçısı deyib: “Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk”.Ötən ilin əvvəlində Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını xatırladan Prezident İlham Əliyev onu münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirib.Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar, eyni zamanda, siyasi münasibətlər sistemini də əhatə edir.
         
Dövlətimizin başçısının bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük.

Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə siyasi dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir. Dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə sözügedən məfhumun əhalinin ictimai şüurunda əks olunması məsələsi aktuallaşır. Odur ki, elmin müxtəlif sahələrinin metodoloji potensialına müraciət edərək mövzunun Azərbaycan cəmiyyətində təşviqi vacib vəzifədir. Təsadüfi deyil ki, siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirəsi təcrübəsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.
           
Siyasi prosesləri müxtəlif aspektlərdən tədqiq edən alimlərlə açıq müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirən Administrasiya rəsmisi siyasi dialoqun təşviqində, xüsusilə ölkədə dialoq ənənələrinin formalaşmasında alim və tədqiqatçıların əvəzolunmaz rolunu vurğulayıb, siyasi dialoqun fəlsəfi, sosial, iqtisadi, tarixi və digər təzahür formalarının müəyyənləşdirilməsi istiqamətində mövcud fəaliyyətin daha effektiv olduğunu qeyd edib. Alim və mütəxəssislər ilə ilk görüşün məhz Vətən müharibəsində qazanılan Qələbədən sonrakı dövrə təsadüf etdiyini əlamətdar hadisə kimi qiymətləndirən Administrasiyanın şöbə müdiri Prezident İlham Əliyevin fikrini səsləndirib: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Ölkənin inkişafında strateji resurs hesab olunan milli və siyasi həmrəyliyin qorunması işində bütün mövcud potensialların səfərbər olunmasının vacibliyi vurğulanıb. Dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri olduğunu yada salan natiq ölkəmizdə əsrlər ərzində formalaşmış tolerant və multikulturalizm mühitinin qorunmasının vacibliyi də qeyd olunub.
           
Azərbaycan dövlətinin başçısı qeyd edib ki, müasir Azərbaycan-Rusiya münasibətlərinin əsasları Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qoyulub.
           
Əliyev qeyd edib ki, Azərbaycan Rusiya tərəfinin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında göstərdiyi səyləri yüksək qiymətləndirir.



Ceyhun Hüseynov,  
Masallı RMX İƏ üzrə mütəxəssis




“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад