Главная > Maraqlı > Prezident İlham Əliyev Laçın şəhərində səfərdə olmuşdur

Prezident İlham Əliyev Laçın şəhərində səfərdə olmuşdur


30-05-2023, 10:47. Разместил: admin44

Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin sonu oldu. Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli bəyanat imzaladı. Məğlub Ermənistan qoşunlarını Kəlbəcər ə Laçın rayon¬la¬rından döyüşsüz çıxartdı. Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə baş¬lanıldı. Bu proses son aylarda daha da intensivləşib.
             
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 28-də Laçın şəhərinə növbəti səfəri həm quruculuq işlərinin sürətləndirilməsi baxımından gərəkli oldu, həm də Müstə¬qillik günü Laçın şəhərində olmaq, La¬çın¬da çıxış etmək, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən, qəhərmanlardan Laçında danışmaq mahiyyəti baxımından bir gerçəkliyin ifadəsidir. Bu Zəfər tarixin axarını həqiqətə əbədilik dəyişdi!
             
Bu səfər həm də Laçına qayıdışla tarixləşdi. Quruculuq işləri 8 ayda böyük sürətlə aparıldı, Laçının böyük bir hissəsi tamamilə yeniləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qürurla bildirdi ki,  ilk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır.
             
Ölkə başçısının Laçına bu səfəri Moskvaya işgüzar səfərdən sonra daha həssaslıqla izlənildi. Mockva danışıqları Azərbaycanın dövlətçiliyinin qətiyyətliliyinin təsdiqi oldu. Laçına 28 may səfəri bu görüşdən sonra dövlətin daxili siyasətinin istiqamətlərini göstərdi. Bir daha təsdiqləndi ki, Azərbaycan öz dövlətçiliyini daha ciddi qoruyur, qoruyacaq. Aərbaycan Respublikasınını Pre¬zi¬¬denti cənab İlham Əliyev çıxışında  strateji əhəmiyyət daşıyan nailiyyətdən də söz açdı: “Cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntə¬qəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”.
             
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, danı¬şıq¬lar müddətində Azərbaycanın iqtisadiyyatı gücləndirilib, dövlətin siyasi gücü artıb, regional təh¬lükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata ke¬çi¬rilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.
             
 Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb. Ancaq yenə də bəzi yerlərdə qanunsuz məskunlaşma aparılmışdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular. Halbuki dəfələrlə bu mənzərəni görürdülər, dəfələrlə. Bax, bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.



Natiq Fərəcov,
Həsənli kənd sakini




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад