Главная > Maraqlı > “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə balaca fidanlar təbrik edilib

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə balaca fidanlar təbrik edilib


1-06-2023, 19:46. Разместил: admin44

01 iyun 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Rayon İcra Hakimiyyətinin Başçısı aparatının əməkdaşları Bəxtim Qarayev, Əlimərdan Abdullayev, Aybəniz Novruzova,  Rayon Təhsil sektorunun əməkdaşı Nazim İsrafilov,  müvafiq İƏD üzrə nümayəndə,  Yeni Həyat qəzetinin baş redaktoru Əlihüseyn Şükürov Şərəfə, Təzə Alvadı, Xırmandalı, Həsənli kənd uşaq bağçalarına baş çəkərək Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun təbrikini uşaqlara çatdıraraq onlara hədiyyə təqdim etmişlər.

Məktəbəqədər təhsil müəssisələrinin müdirləri işçi heyəti və uşaqların adından göstərilmiş diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, həmçinin rayon rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.









“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад