Главная > Maraqlı > İsrail Azərbaycan əlaqələri dinamik inkişaf edir

İsrail Azərbaycan əlaqələri dinamik inkişaf edir


31-05-2023, 12:22. Разместил: admin44


İsrail Azərbaycan əlaqələrinin son illərdə dinamik inkişaf etdiyini söyləmək mümkündür. Hələ Ermənistan Azərbaycan münaqişəsi mövcud olduğu illərdə İsrail daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və keçmiş Qarabağ münaqişəsinin sırf Azərbaycanın ərazi bütövlüyü kimi çərçivəsində həllini dəstəkləmişdir.2020-ci ildəki vətən müharibəsi zamanı İsrail Azərbaycana dəstək verən ən birinci ölkələrdən olub və həmin məşhur Harop dronları da 2-ci Qarabağ müharibəsində hər kəsin yadındadır. Azərbaycanda yaşayan yəhudilərin də böyük rolu var. Azərbaycana ilk dəfə yəhudilər hələ 6-cı əsrdə gəlib. Həmin dövrdə onlar İranda Məzdəkilər hərəkatına dəstək vermişdi. Əsrlər keçdi və 19-cu əsrdə Azərbaycanda olan yüksük multikultural dəyərlərə hörməti nəzərə alaraq Gürcü-Yəhudiləri də, Aşkinaz-Yəhudiləri də buraya köçürüldü və onlar yerli Azərbaycanlılarla qaynayıb-qarışaraq yeganə vahid ailə vəhdəti təşkil etdilər.Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri- Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır.

 Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar.

 İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir.

Bu yaxınlarda İsraildə Azərbaycan səfirliyi açıldı. İlk dəfə olaraq İsrail dövlət başçısı Azərbaycana rəsmi səfərə gəlir. Əlaqələrin daha da genişlənməsi, müxtəlif sahələrdə əməkdaşlıqların edilməsi nəzərdə tutulur. Azərbaycan-İsrail münasibətləri bu gün dünyaya örnək olan münasibətlərdəndir. Bu onu göstərir ki, müxtəlif regionlarda, müxtəlif tarixə və müxtəlif dinə mənsub olmasına baxmayaraq dövlətlər yaxşı münasibətdə ola bilərlər. Bu ölkənin istehsalı olan Harop Komikadzeləri Ermənistan ordusunun kabusuna çevrilib. Ermənistan tərəf həmişə bu İsrail-Azərbaycan əlaqələrinə zərbə vurmağa çalışsa da İsrail heç vaxt bu təxribata gəlməyib. Ticarət əlaqələrimiz 1.7mlrd ABŞ dollarından çoxdur. Uzun illərdir ki, Azərbaycan İsrailə xam nefti təhcizat edir. Bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. 30 may görüşündə həmçinin qarşılıqlı turist axınının necə inkişaf edəcəyi də müzakirə olunmuşdur.

 Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.Qarşılılıqlı turist axınının səviyyəsi artırılacaqdır. Həftədə yalnız dörd reys var və bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir. İsraildə daha çox təqdimat imkanları yaradılmalıdır.


Məmmədova Şəfa,
Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin ingilis dili müəllimi


“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад