Главная > Maraqlı > İsrail ilə Azərbaycan dövlətləri arasında tarixi görüş

İsrail ilə Azərbaycan dövlətləri arasında tarixi görüş


1-06-2023, 13:25. Разместил: admin44

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir.  Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar.
           
İsrail ilə Azərbaycan dövlətləri arasında münasibətlər Azərbaycanın müstəqilliyini ikinci dəfə elan etməsinə dayanır. İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Həmin dövrdən başlayaraq, ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq daha da genişlənmişdir. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.  Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq hissi doğurur.
           
Cari 2023-cü ilin may ayının 30 da keçirilən görüş də iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşü zamanı bu görüşün hər iki dövlət üçün tarixi görüş olduğunu vurğulayıb.
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək. Əməkdaşlıq əlaqələrimizin tarixində əlamətdar hadisədir. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
           
Möhtərəm Prezidentimiz görüş zamanı qeyd etmişdir “ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcək. Elə indicə cənab Prezidentlə ikitərəfli gündəliyimiz və regional məsələlərlə bağlı çox yaxşı müzakirə apardıq. Biz səfərdən sonra müsbət dinamikanı görəcəyik. Çünki mən tamamilə əminəm, böyük potensial mövcuddur, baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük. Lakin hələ çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz Sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik.”
         
İsrail Prezidenti İsxak Hersoq Azərbaycanda olmaqdan şərəf və məmnunluq hissi duyduğundan bildirərək qeyd etmişdir” Biz buraya açıq ürəklə, millətlərimiz arasında böyük dostluqla gəlirik. Ən əsası odur ki, siz mərhum atanızı yetişdirən millətsiniz, sonra isə Siz onun yolunu davam etdirərək elə bir heyrətamiz ölkə yaratmısınız ki, bura bir çox məsələlərin mərkəzinə çevrilib.
           
İsraillə Azərbaycan arasında tərəfdaşlıq Sizin qeyd etdiyiniz və bizim müzakirə etdiyimiz bir çox sahələrin də təməl nöqtəsidir. Düşünürəm ki, bu, bir çox səviyyələrdə xalqlarımıza mesaj göndərir. İlk növbədə, hesab edirəm ki, bu, elə bir mesaj göndərir ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar birlikdə möhtəşəm işlər görə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünki biz sülh, rifah və inkişaf istiqamətlərində bütün regiona öz təsirimizi göstəririk.”
           
Bu danışıqlar Azərbaycanın İsrail dövləti ilə qarşılıqlı əlaqələrinin daha da güclənəcəyini və daha yaxşı potensialın olduğunu dünya ictimaiətinə bir daha sübut edir.



Çingiz Qurbanov,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад