Главная > Maraqlı > Masallıda ağacəkmə kampaniyası

Masallıda ağacəkmə kampaniyası


22-04-2018, 10:07. Разместил: yeni321
 
Masallıda ağacəkmə kampaniyası
 
Masallıda İDEA İctimai Birliyi və Masallı RİHB-nın təşəbbüsü ilə iməcilik keçirilib.
Masallı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi kollektivinin qatıldığı iməcilik zamanı Viləş Park-Bulvar kompleksi ərazisində 1000 ədəd müxtəlif ağac və gül kolları əkilib. Əkilən ağaclar suvarılıb, onların qorunması üçün mühafizə zolaqları çəkilib.
Eyni zamanda ağac əkini kampaniyası Masallı şəhərinin müxtəlif ərazilərini də əhatə edib. Aksiya çərçivəsində əkin üçün ayrılan sahələr yararlı vəziyyətə gətirilib.

Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад