İkitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İkitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edir

    İkitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edir

     

    Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrında tanınması və 1992-ci ilin aprelində ikitərəfli diplomatik əlaqələrin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, 1993-cü ildə isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

    Azərbaycanla Çin münasibətlərinin inkişafı Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra daha da güclənib. 1994-cü ilin 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanıb. Çin Xalq Respublikasının Sədri Heydər Əliyevlə danışıqlarda bildirib ki, Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub.

    Ulu öndər Heydər Əliyevin Prezident kimi Çinə rəsmi səfəri zamanı iki ölkə arasında 8 mühüm müqavilə imzalandı ki, bu da qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Beləliklə, Ulu öndərin milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycanı beynəlxalq münasibətlərin vacib aktoruna çevirdi.

    Sonrakı dövrlərdə Prezident cənab İlham Əliyev bu strategiyaya sadiq qalaraq beynəlxalq aləmlə, o cümlədən, dünyanın iqtisadi nəhənglərindən olan Çin ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırdı. 2003-cü ildən etibarən dövlətimizin başçısının Çinə rəsmi səfərləri, 2015-ci ilin dekabrında dost ölkəyə yenidən səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması münasibətlərin dərinləşməsi, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli hadisə oldu. Prezident cənab İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri isə ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından olduqca mühum məqamlarla yadda qaldı

            Hazırda ölkələrimiz arasında qarşılıqlı səfərlər mütəmadi hal alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2025-ci il aprelin 22-dən 24-dək Çin Xalq Respublikasına dövlət səfəri edib. Aprelin 23-də iki ölkənin lideri hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb. Eyni zamanda, dövlət liderləri iki ölkə arasında münasibətlərin strateji xarakter alması barədə bəyanatlar səsləndiriblər. Prezident İlham Əliyev və Sədr Si Cinpinin səsləndirdikləri bəyanatlar, görüşlərin uğurlu nəticələri əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. Qeyd edək ki, daim dəyişən beynəlxalq vəziyyətə baxmayaraq, ölkələr arasındakı münasibətlər möhkəm və sabit olaraq qalır.

    Ümumilikdə isə Azərbaycan-Çin əlaqələrinin tarixi qədim İpək Yolundan başlayır. Hələ 2500 il bundan öncə qədim İpək Yolu vasitəsilə iki ölkə arasında ticari və mədəni əlaqələr mövcud olub. Hazırda Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. “Bir kəmər, bir yol” layihəsi əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan yeganə dövlət başçısı Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit imkanları ilə yanaşı, həm də dövlətimizin başçısına olan yüksək etimadı ilə bağlıdır.

     

     

    Elanora Babayeva,
    Masallı şəhər 2 nömrəli məktəbin tarix müəllimi.

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    2. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    3. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    4. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    5. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    6. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    7. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    8. 11:41 Mənalı ömrün işığında
    9. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    11. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    13. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    14. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    15. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    17. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    19. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    20. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    21. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    22. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    23. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    24. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    25. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    26. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    27. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    28. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    29. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    30. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    33. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    34. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    35. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    36. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    37. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    38. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    39. 12:59 Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı
    40. 21:30 Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ