Главная > Maraqlı > Masallıda “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilib

Masallıda “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilib


25-06-2018, 20:29. Разместил: admin44
Masallıda “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilib

İyunun 25-də Masallı rayonunda 26 İyun BMT-nin Beynəlxalq narkotiklərlə mübarizə gününə həsr olunmuş “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilib
Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov bildirib ki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Bu sahədə yeniyetmə və gənclər arasında mütəmadi şəkildə aparılan maarifləndirmə işlərindən və qarşıda duran vəzifələrdən danışan idarə rəisi bu bəladan gənclərimizin uzaqlaşdırılması məsələsinin aktual olduğunu diqqətə çatdırıb .
Uşaq Gənclər İdman Məktəbinin direktoru Elxan Kərimov, rayon təhsil şöbəsinin metodisti Gülağa Məmmədov, fəal gənclərdən Azər İsayev və başqaları narkomaniya və bu bəlanın törətdiyi acı sonluqlardan bəhs edərək qeyd ediblər ki, yeniyetmə və gənclərimizin narkomaniya və onun törətdiyi fəsadlar haqqında daha dolğun və ətraflı fikirə sahib olması günümüzün vacib məsələsidir.
“Yeni həyat”,
www.yeniheyet.az 

шаблоны для dle 11.2
Вернуться назад