Главная > MASALLI haqqında / Maraqlı > "Qarabağın incisi Şuşa" rəsm müsabiqəsi

"Qarabağın incisi Şuşa" rəsm müsabiqəsi


25-01-2022, 16:54. Разместил: admin44

Diqqət! Masallı rayon Heydər Əliyev Mərkəzi və Onbirillik İncəsənət Məktəbinin birgə təşkilatçılığı, Rayon ümumtəhsil məktəblərinin iştirakı ilə "Qarabağın incisi Şuşa" adlı rəsm müsabiqəsi elan edilir.

“Şuşa İli” çərçivəsində təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu möhkəmləndirmək, Qarabağın döyünən ürəyi Şuşanın bənzərsiz gözəlliyini müxtəlif istedadlar tərəfindən üzə çıxarmaq və ictimaiyyətə təqdim etməkdir.

 İştirak etmək üçün son tarix: 25 fevral 2022-ci il.

 Müsabiqə şərtləri belədir:
-Müsabiqədə Rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak edə bilər;
-İştirakçılar rəsmləri ən azı A3 ölçülü vərəq formatında işləməli;
-Müsabiqə iştirakçıları istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir;
-Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir komputer və ya digər texnologiya vasitələrinin imkanlarından istifadəyə yol verilməməlidir;
-Hər iştirakçı müsabiqəyə ən çox 1 rəsm təqdim edə bilər;
- Müsabiqədə I, II, və III yerləri tutmuş iştirakçılar diplom ilə mükafatlandırılacaq;
-Müsabiqə qaliblərinin adları Mərkəzin rəsmi veb və sosial media səhifələrində təqdim ediləcəkdir.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün işlərinizi (rəsm əsərlərinizi) 25 fevral tarixinə qədər Masallı rayon Heydər Əliyev Mərkəzinə və ya Onbirillik İncəsənət Məktəbinə təhvil verməlisiniz.

Ünvan: Masallı şəhəri, Qarabağ küçəsi 17.

www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад