Главная > MASALLI haqqında > Əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst girişi üçün platforma liftlər və ramplar quraşdırılıb

Əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst girişi üçün platforma liftlər və ramplar quraşdırılıb


27-01-2022, 15:47. Разместил: admin44

Masallı rayonunda əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst girişinin təmin olunması məqsədilə  rayonda  qurumun yerləşdiyi binanın girişində standartlara uyğun platforma liftlər və ramplar quraşdırılıb.

Həmin işlərin görülməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra etdiyi "Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi" layihəsi çərçivəsində həyata keçirilib.

Müyəssərlik təmin olunan yerlərdə müvafiq işarələr qoyulub, aidiyyətı qurum nümayəndələrinə təlimatlar verilib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, Əlil Təşkilatları İttifaqından verilən məlumata görə, Masallı və Salyan rayonu da daxil olmaqla əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst girişinin təmin olunması məqsədilə həmin rayonlarda 18 qurumun yerləşdiyi binanın girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırılıb.




www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад