• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda "Mədəniyyət kəndlərdə" layihəsinə start verilib

    Masallıda "Mədəniyyət kəndlərdə" layihəsinə start verilib

    Masallıda "Mədəniyyət kəndlərdə" layihəsinə start verilib
     
    Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Mədəniyyət kəndlərdə" adlı yeni mədəniyyət layihəsinə start verilib.
    Mahmudavar kəndində layihə çərçivəsində ilk tədbir baş tutub.
    Kəndlərdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işinin gücləndirilməsi və yerlərdə mədəni mühitin canlandırılması, həmçinin istedadlı və yaradıcı gənclərin aşkarlanması və potensialının dəstəklənməsi məqsədilə həyata keçirilən layihənin ilk tədbirində rayon rəsmiləri, mədəniyyət işçiləri, media mənsubları, yerli sakinlər və digərləri iştirak ediblər.
    Əvvəlcə vətənimizin bütövlüyü uğrunda həyatını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev layihənin ilk tədbirinin keçirilməsi üçün Mahmudavar kəndinin təsadüfən seçilmədiyini, bölgənin zəngin mədəni ənənələrini yaşadan "Halay" Xalq folklor ansamblının vaxtilə bu məkanda yaradıldığını və bu günədək uğurla fəaliyyət göstərdiyini nəzərə çatdırıb. O, eyni zamanda ansamblın Şuşa şəhərində keçirilmiş musiqi festivalındakı uğurlu çıxışlarından söz açıb.
    Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov layihənin məqsədi barədə məlumat verib. O, deyib ki, layihəni həyata keçirməklə kəndlərdəki müəssisələrin fəaliyyətində müsbət irəliləyişlərə nail olmaq, bununla yanaşı istedadlı gənclərin üzə çıxarılaraq yaradıcı imkanlarının dəstəklənməsi hədəflənir.
    Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova tədbirin təşkilində əməyi keçənlərə minnətdarlıq edib və bu kimi layihələrin kəndlərdə mədəniyyətin inkişafına təkan verəcəyini vurğulayıb.
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Mahmudavar kəndinin tarixi və arxeoloji abidələri, coğrafi mövqeyi, təsərrüfat həyatı, ziyalıları, mədəni mühiti, o cümlədən folklor irsi və ənənələri barədə geniş məruzə ilə çıxış edib.
    Sonra tədbir bədii hissə ilə davam etdirilib. "Halay" Xalq folklor ansamblının ifasında Vətən sevgisi və şəhidlik zirvəsini vəsf edən bayatılar deyilib, tələbə və məktəblilər vətənpərvərlik şeirləri səsləndiriblər.
    Tədbirdə həmçinin, istedadlı gənclərin rəsm işləri nümayiş etdirilib, layihədə iştirak edən mədəniyyət müəssisələri isə qədim əşyalar, müxtəlif xalq sənətkarlığı nümunələri və əl işlərindən ibarət sərgi ilə tədbirə rəng qatıblar.
    Tədbirin sonunda mədəniyyət tədbirlərində fəal iştirak edən bir qrup istedadlı tələbə və məktəbliyə "Təşəkkürnamə" təqdim olunub.
     


     
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    2. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    3. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    4. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    5. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    6. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    7. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    9. 17:04 Ziyalı işığında                                                                              
    10. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    11. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    13. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    14. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    15. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    16. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    17. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    19. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    20. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    21. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    22. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    23. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    24. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    25. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    27. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    28. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    29. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    30. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    31. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    32. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    33. 19:56 Qalıb Azərbaycan Ordusu
    34. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    35. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    36. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    37. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    38. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    39. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    40. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ