• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Rəsul Rzayevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib

    Masallıda Rəsul Rzayevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib


    Masallıda Rəsul Rzayevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib

    Mayın 15-də Masallı şəhər Ağsaqqallar klubunda “Yeni həyat” qəzetinin baş redaktor müavini, şair-publisist Rəsul Rzayevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

     

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev tanınmış jurnalistin yaradıcılıq yolundan, yüksək insani keyfiyyətlərindən söz açıb.

    Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov yubilyara rayon rəhbəri cənab Rafil Hüseynovun təbrikini çatdırıb, ona RİHB-nın Fəxri fərmanını və qiymətli hədiyyəsini təqdim edib.

    “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov bildirib ki, Rzayev Rəsul Müzəffər oğlu 1948-ci ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, jurnalist sənətkarlığı institutunu bitirib. 1976-cı ildən dövrü mətbuatda çalışır. Qasımlı və Yeddioymaq kənd orta məktəblərində müəllim, Masallı rayon Komsomol Komitəsində işləyib. "Çağırş", "Yeni həyat", "Rabitə dünyası", "3-cü hədəf" qəzetlərində redaktor müavini, bölgə müxbiri vəzifələrində çalışıb. "Şeirlər, poemalar", "Ömrün işıq payı", "Zirvəyə yol" və başqa kitabların müəllifidir. “Qızıl qələm”, Həsən bəy Zərdabi media mükafatçısıdır. 20-dən artıq şeir, hekayə, publisistik kitabın müəllifidir, 50-ə yaxın kitaba redaktorluq edib. Şeirləri dövrü mətbuatda, almanaxlarda çap olunub.

    Yubilyarın məktəb və tələbəlik yoldaşları – “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, təqaüdçü müəllim Eyvaz Məcidov, "Tərəqqi" medallı veteran-jurnalist Əyyub Mehdiyev, Əməkdar müəllim Mirqabil Hüseynov, şəhid Aqil Məlikovun əmisi Məlik Məmmədəliyev, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, “Yeni həyat” qəzetinin əməkdaşları Həsənağa Əliyev, Akif Ağayev, Südabə Məmmədova, ağsaqqallar Sabir Fərəcov, İmanxan Əzizov, Masallı MKTİB-nin rəisi Hikmət Xəlilov, TİAHİ rayon təşkilatının sədri Səfail Eyvazov, təhsil işçisi Hüseyn Hüseynov, şairlər Hacı Dadaş Məmmədov, Tahir Heydərli, Şakir Mahmudlu, Adbala Əmənov, qardaşları Kərbəlayi Böyükxan və Fəxrəddin, oğlu Xanlar Rəsul Rzayevin rayonun ədəbi mühitindəki rolundan, zəhmətkeşliyindən, çoxşaxəli fəaliyyətindən, yazıçı kimi əsərlərinin sanbalından söz açıb, onun gənclər üçün bir örnək olduğunu söyləyiblər. Şairin ömür yoluna nəzər salıb, xatirələrini dilə gətirən natiqlər diqqətə çatdırıblar ki, vətənpərvərlik mövzuları, xüsusilə Qarabağ döyüşlərinə həsr olunan yazılar R.Rzayev yaradıcılığının leytmotivini təşkil edir. Şairin Masallıdan olan Milli Qəhrəmanlarımız Elşad Hüseynova həsr etdiyi “Dağılmış yuxu” və Səfəralı Məmmədovun xatirəsinə yazdığı “Torpaqdan göyərən qeyrət”, şəhidlər Rövşən Nəbiyevə, Aqil Məlikova həsr etdiyi “Qarabağ qəlbimə çəkdi qara dağ”, “Oğul arxalı Vətən” poemaları, həmçinin yüzlərlə oçerk və məqalələri oxucular tərəfindən maraqla qarşılanıb.

    Çıxışçılar səbəbkarı 70 yaşı münasibətilə təbrik edib, ona cansağlığı, iti qələm, etibarlı, qayğıkeş dost, yolıdaş, dəyişməz xarakter sahibi kimi xüsusiyyətlərində daim bərqərar olmasını arzulayıblar.

    Nəvələri Fatimə, Aydan və Məhəmməd yubilyarın şeirlərini səsləndiriblər.

    Tədbirdə şair-publisistə hədiyyə və Fəxri fərmanlar təqdim edilib.
    Sonda Rəsul Rzayev çıxış edərək ona göstərilən diqqət və qayğıya, tədbirin təşkilinə görə rayon rəhbərliyinə, ağsaqqalar şurasına, doğma kollektivə, qələm dostlarına təşəkkürünü bildirib, yeni şeirlərini oxuyub.


     


     


     


     
     


     


     
     
     
                  
                                                                                                                                  A.VAQİFOĞLU.
                                                                                                                                   “Yeni həyat”,
                                                                                                                                
    www.yeniheyet.az 
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:50 Masallıda çəltik əkininə başlanılıb
    2. 14:37 76 il sonra ata məzarının ziyarətində
    3. 20:55 Azərbaycan və Serbiya prezidentlərinin görüşü olub
    4. 20:42 Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    5. 21:58 10 komanda arasında Masallı taekvondoçuları birinci oldu
    6. 22:01 Masallılı muzey işçisinə fəxri ad verilib
    7. 17:30 Masallıda AXC-nin yaradılmasınn 100 illiyinə həsr olunmuş bilik yarışı keçirilib
    8. 17:24 Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak edib
    9. 17:17 Prezident İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub
    10. 15:39 Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    11. 16:36 Masallıda yaz-tarla işlərinə uğurla başlanılıb
    12. 16:32 Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib
    13. 23:16 Masallıda “Sevdiyim” layihəsinin təqdimatı
    14. 17:23 Masallıda Rəsul Rzayevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
    15. 16:05 7,1 milyon manatlıq layihə, 9 müəssisə
    16. 15:53 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi Murmanskda qeyd edilib
    17. 15:47 Ulu öndərlə bağlı virtual sərgi
    18. 15:39 Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib
    19. 21:11 Masallıda Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin seminar-müşavirəsi keçirilib
    20. 17:27 E.İ.Əfəndiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    21. 21:03 Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib
    22. 22:32 Masallıda bayram konserti
    23. 17:02 Xalq və dövlət üçün yaşanmış ömür
    24. 16:24 Masallıda faşizm üzərində Qələbənin 73 illiyi qeyd edildi
    25. 17:21 Masallıda Böyük Vətən müharibəsi veteranları ilə görüş
    26. 20:25 Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib
    27. 20:11 Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə məlumatı
    28. 16:04 Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
    29. 12:33 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib
    30. 20:02 Masallıda kənd yolları asfaltlanır
    31. 09:56 Masallıda şahmat üzrə rayon birinciliyi keçirilib
    32. 08:38 İlham Əliyevin prezidentliyi dövrünün ilk 10 ilinə işıq salan fundamental nəşr
    33. 21:41 Masallı məktəblisi respublika üzrə “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatını qazanıb
    34. 18:16 “Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının təqdimatı olub
    35. 18:13 Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şirkətlərin vəzifəli şəxslərinin əməlləri ifşa edilib
    36. 18:07 Xalq Artisti Fuad Poladov dünyasını dəyişib
    37. 14:05 Masallıda voleybol üzrə rayon birinciliyi keçirilib
    38. 13:45 Masallıda mini-futbol turnirinə yekun vurulub
    39. 13:22 Bütün zamanların qəzeti - “Yeni həyat” - 86!
    40. 21:38 Masallıda mini-futbol turnirinə start verilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər   Qızılağac və Masallının digər kəndləri   Azərbaycana gələn turistlər maraqlı Ətraflı oxu
    Bütün xəbərlər
    «    May 2018    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ