• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına start Masallıdan verilib

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına start Masallıdan verilib

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına start Masallıdan verilib

    İyunun 25-də Masallı şəhərindəki Heydər Əliyev Parkında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına start verilib.
    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişi, bölgələrarası mübadilənin gücləndirilməsidir.
    Festival çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunur.
    Festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmaq imkanı yaradır.
    Masallıda keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin hər birinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilib.
    Festivalın açılış mərasimində Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərviz İsgəndərli, Milli Məclisin deputatı Elmira Axundova, Masallı Şəhər İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, mədəniyyət və incəsənət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış olublar.
    Sonra hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri istedad və bacarıqlarını nümayiş etdiriblər.
    Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçsı Rafil Hüseynov festival iştirakçılarını salamlayaraq tədbirə Masallıda start verilməsini rayon sakinlərinə göstərilən yüksək etimad kimi dəyərləndirib, tədbir iştirakçılarına yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
    Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərviz İsgəndərli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin məqsəd və vəzifələrindən danışaraq bildirib ki, Masallı rayonunun beynəlxalq festivalların keçirilməsində zəngin təcrübəsi var. İki il əvvəl Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Bölgələrdən paytaxta” layihəsinə də məhz Masallıdan start verilmişdi.
    Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
    Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.
    Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən hərarətlə, alqışlarla qarşılanıb.
    Rayon sakinləri bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəməyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
    Qeyd edək ki, ötən illərdə Nazirlik tərəfindən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonların mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə, qarşılıqlı konsert və sərgilər keçirilir.
    Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi şərəfinə gerçəkləşən festival ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin yaradacaq.
    Qeyd edək ki, “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı iyunun 26-da Lənkəran Şəhərindəki Heydər Əliyev Xatirə Parkında davam etdiriləcək.
     







     





     
    “Yeni həyat”,
    www.yeniheyet.az 

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:26 Masallı Dövlət Regional Kollecinin məzun gecəsi
    2. 16:17 Masallıda “Kitab günü” və “Asudə vaxtı necə səmərəli keçirməli” mövzusunda tədbir keçirilib
    3. 15:57 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyi Masallıda “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda tədbir keçirib
    4. 21:20 Tarixdə iz qoymuş böyük şəxsiyyət
    5. 19:45 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi növbəti tədbirini Masallıda keçirib
    6. 15:23 Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
    7. 15:20 Prezident İlham Əliyev İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    8. 15:12 Şanlı tariximiz
    9. 22:05 NATO-nun Zirvə toplantısının yekun kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək ifadə olunub
    10. 21:51 Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb
    11. 21:46 Prezident İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub
    12. 21:40 Prezident İlham Əliyev Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb
    13. 21:34 Prezident İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib
    14. 21:26 Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil olunub
    15. 21:47 “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində növbəti yay məktəbi təşkil olunacaq
    16. 16:43 Azərbaycan və Türkiyə prezidentləri görüşüb
    17. 15:23 Prezident İlham Əliyev İsveçrənin federal müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    18. 15:15 Masallıda “100 illik şanlı tarix” mövzusunda konfrans keçirilib
    19. 15:03 Masallı gənclərinin orduya yola salınma mərasimi
    20. 19:41 XİN-nin əməkdaşları peşə bayramları münasibətilə cəbhə bölgəsinə səfər ediblər
    21. 14:05 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
    22. 22:09 Masallı karateçiləri beynəlxalq turnirin kubokuna sahibləniblər
    23. 23:14 Masallı taekvondoçularının növbəti uğuru
    24. 22:15 2 iyul - İdman Jurnalistikası Günüdür
    25. 20:17 Elektron media və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsilə bağlı ictimai fəallığın artırılması
    26. 20:02 Masallıda 2 iyul – Polis gününün 100 illiyi qeyd edilib
    27. 15:45 Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
    28. 15:09 Bu gün akademik Cəlal Əliyevin doğum günüdür
    29. 14:51 İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    30. 14:44 Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov “Vətən uğrunda” medalı ilə təltif olunub
    31. 21:03 Prezident İlham Əliyev ABŞ dövlət katibi köməkçisinin birinci müavinini qəbul edib
    32. 18:22 Masallı RİH başçısının Tüklə ərazisində səyyar görüş-qəbulu
    33. 18:16 Masallıda “Narkomaniya: çətin və erkən ölüm” layihəsi çərçivəsində tədbir keçirilib
    34. 15:34 Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    35. 15:13 Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    36. 15:09 Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda olub
    37. 14:58 “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına start Masallıdan verilib
    38. 23:14 Masallı “ASAN xidmət” könüllüləri Silahlı Qüvvələr Gününə həsr olunmuş dəyirmi masada
    39. 20:55 Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
    40. 20:50 Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
      Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıbBir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Bütün xəbərlər
    «    İyul 2018    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ