Masallıda 22 iyul –Milli Mətbuat Günü qeyd olundu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda 22 iyul –Milli Mətbuat Günü qeyd olundu

    Masallıda 22 iyul –Milli Mətbuat Günü qeyd olundu


       
    Masallıda 22 iyul – Milli Mətbuat Günü qeyd olundu
     
    İyulun 21-də Milli Mətbuat günü münasibətilə Masallı rayonunda ənənəvi hal almış respublikanın qabaqcıl və tanınmış kütləvi informasiya vasitələri nümayəndələriylə görüş keçirildi.
    Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış oldular.
    Sonra media nümayəndələrinin şəhər Heydər Əliyev Mərkəzinə, Masallı Uşaq-İncəsənət Məktəbinə, Tarix-Diyarşünaslıq Muzeyinə və Viləşçay Park-bulvar komleksinə infoturu oldu.
    “Masallı oteldə” davam edən tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı jurnalistləri 22 iyul – Milli Mətbuat günü münasibətilə RİH başçısı cənab Rafil Hüseynov və öz adından təbrik etdi. Qeyd etdi ki, Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaratmış və şanlı jurnalistlər nəsli yetişdirmişdir. Bu gün hamımızın bayramıdır.
    Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar əvəzsiz olmuşdur. Ümummilli lider demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirmiş, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir. Çox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün inşa edilmiş yaşayış binaları bunun bariz nümunəsidir. Təbii ki, ölkəmiz inkişaf edir, paytaxt Bakı ilə yanaşı Masallı da dəyişir və bundan da gözəl olacaq. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarıq.
    N.Muxtarlı Masallının ümumi inkişafından danışaraq qeyd etdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2016-сı ildə Masallıda olmuş, “Asan həyat” kompleksi, Tarix-Diyarşünaslııq Muzeyi, uşaq-incənət məktəbi, Bayraq Meydanı, Dövlət Rəmzləri Muzeyi, içməli su sisteminin açılışına xeyir-dua vermişdir. Bu gün Masallıda Sənaye Məhəlləsinin, Viləşçay su anbarı ikinci növbəsinin və turizm şəhərciyinin salınması layihələrinin həyata keçirilməsi, torpaqlardan səmərəli istifadə edilməsi minlərlə iş yerinin açılması, insanların məşğulluğunun təminatı deməkdir.
    RİH başçısının müavini Nəsir Muxtarlı başlanacaq və görüləcək işləri göz önünə gətirdi. Onun geniş nitqi vasitəsilə qonaq jurnalistlər qiyabi olaraq Masallıya “səyahət” etdilər.
    Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev bütün mətbuat nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik etdi, onlara yeni yaradıcılıq uğurları arzuladı.
    Mətbuat işçilərindən İsmayıl Cəfərli, Pərvanə Əliyeva, Ağaddin Babayev, Zahir Əmənov, Elman Əliyev, Rəhman Məlikov, Asəf Ayazoğu, Rövşən Əzimov və başqaları dövlətimizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə jurnalistlərə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər.
    Tədbirdə qonaq qismində iştirak edən həmyerlimiz, Nyu-York Dövlət Universitetində çalışan 32 yaşlı riyaziyyat elmləri doktoru Tural Sadıqov mətbuat işçilərini bayram münasibətilə təbrik etdi.  
    Süfrə arxasında jurnalistlər yaradıcılıq planlarından danışdılar, fikir mübadiləsi apardılar.
    Sonda mətbuat nümayəndələrinə mükafatlar verildi.


     



     
     
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:46 Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib
    2. 20:37 Dövlət başçıları Aktauda körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər
    3. 17:33 Prezident İlham Əliyev Aktauda İran Prezidenti Həsən Ruhani ilə görüşüb
    4. 17:27 Prezident lham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub
    5. 17:24 Prezident İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak edib
    6. 12:32 Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib
    7. 15:25 Prezident İlham Əliyev ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib
    8. 15:02 Tacikistan Prezidenti Azərbaycanda rəsmi səfərdədir
    9. 14:48 Masallı rayon İcra Hakimiyyəti başçısının Sığdaşda səyyar qəbulu
    10. 14:05 Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    11. 14:00 Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib
    12. 22:42 Masallının yaranmasından 88 il keçir
    13. 13:43 Masallılı pəhləvan Avropa çempionatının bürünc medalını qazandı
    14. 00:08 Nazillidən Masallıya könül körpüsü
    15. 18:11 Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    16. 16:07 Prezident İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak edib
    17. 13:32 Masallıda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
    18. 21:21 Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    19. 14:37 Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    20. 14:22 Qədim sənətimiz müasir dövrdə
    21. 17:24 Masallıda sambo üzrə rayon birinciliyi keçirilib
    22. 22:47 Cənub bölgəsində ilk dəfə 700 bal rekorduna Masallı sakini imza atıb
    23. 22:37 Masallıda 24,7 kilometrlik yolun yenidən qurulması işləri yekunlaşır
    24. 22:28 Dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolu
    25. 18:22 Masallıda 22 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır
    26. 18:00 AVMA-nın Masallıda yay istirahət turu
    27. 16:43 Masallıda 22 iyul –Milli Mətbuat Günü qeyd olundu
    28. 19:42 Prezident İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
    29. 22:08 Prezident İlham Əliyev Fransaya səfərə gəlib
    30. 21:06 “Təhsil avtobusu–2018” Masallıda
    31. 14:31 Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    32. 17:07 İtaliya Prezidenti Sercio Mattarella Azərbaycanda rəsmi səfərdədir
    33. 15:26 Masallı Dövlət Regional Kollecinin məzun gecəsi
    34. 16:17 Masallıda “Kitab günü” və “Asudə vaxtı necə səmərəli keçirməli” mövzusunda tədbir keçirilib
    35. 15:57 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyi Masallıda “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda tədbir keçirib
    36. 21:20 Tarixdə iz qoymuş böyük şəxsiyyət
    37. 19:45 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi növbəti tədbirini Masallıda keçirib
    38. 15:23 Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
    39. 15:20 Prezident İlham Əliyev İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    40. 15:12 Şanlı tariximiz
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Bütün xəbərlər
    «    Avqust 2018    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ