Nazillidən Masallıya könül körpüsü » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Nazillidən Masallıya könül körpüsü

    Nazillidən Masallıya könül körpüsü


    Nazillidən Masallıya könül körpüsü

    Avqustun 4-də Türkiyə Respublikasının Nazili bələdiyyəsinin geniş tərkibli nümayəndə heyəti Masallı rayonunda səfərdə olub.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi qarşılanan Türkiyənin Nazili bələdiyyəsinin fəalları ilə görüş keçirilib.
    Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Qənirə Paşayeva və Sona Əliyeva da iştirak ediblər.
    Qeyd edək ki, həmin bələdiyyə Nazilidə “Qarabağ Parkı” salmış və orada 31 Mart, Xocalı və Qaradağlı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaltmışdır.
    Nazili - 111 min əhalisi olan Aydın şəhərində ikinci ən böyük şəhərdir. Nazili sitrus ağacları, kələm, əncir və zeytun yetişdirilməsi ilə məşhurdur. Burada pambıqçılıq mərkəzi var.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri ölkəmizdə davam edir. Əlamətdar haldır ki, bu gün qardaş Türkiyədən 100 illik bayramımıza çoxlu sayda qonaqlar gəlmişdir.
    Bir millət-iki dövlət olan ölkələrimiz haqqında ümummilli lider Heydər Əliyev demişdir ki, “Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır”. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın şəxsində bu dostluq və qardaşlıq, ölkələrimizin strateji tərəfdaşlığı bütün dünya üçün örnəkdir.
    RİH başçısı həmçinin qonaqlara Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, sakinləri, onların məşğuliyyəti haqqında geniş məlumat verib. Rayon rəhbəri onu da qeyd edib ki, neçə illərdir Sandıklı bələdiyyəsi ilə qardaşlaşmışıq, bizim nümayəndə heyəti ora, oradakılar bizə qonaq gəliblər və bizi möhkəm tellər bağlayır.
    Görüşdə çıxış edən Nazili bələdiyyəsinin fəalları, Milli Məclisin deputatları Qənirə Paşayeva və Sona Əliyeva səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirib, Azərbaycan Prezidenti cənab İlham Əlievin tapşırığına əsasən ölkəmizdə, o cümlədən Masallıda görülən işləri təqdir ediblər.
    Qənirə Paşayeva söyləyib ki, Masallıda türk qardaşlarımızın və Nazili insanlarımızın bir-biri ilə qardaşlaşması, azərbaycanlılara qarşı törədilmiş soyqırım aktlarına bütün dünyaya nümayiş etdirmək sahəsində konkret iş görməsi qandan və içdən gəlir. Ümummlli lider Heydər Əliyevin ifadə etidiyi kimi "Bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoymaqdadır. Hər bir türk övladı həm də qarabağlıdır. Biz bilirik ki, siz nazilli olduğunuz qədər də qarabağlısınız. Siz nə qədər qarabağlı olarsanız, səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdır. Birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik.
    Azərbaycan deputatı abidənin hazırlanmasında dəstək göstərən və əməyi olan hər kəsə bir daha təşəkkürünü bildirib.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı əminliklə bildirib ki, tanışlıq xarakteri daşıyan bu görüşümüz daha səmərəli olacaq, bundan sonra da dostluq və qardaşlığımız hərtərəfli əməkdaşlıq səviyyəsində inkişaf edəcəkdir.
    Qəbulda türkiyəli qonaqlara Masallının simvolu olan sandıq, zənbil, Masallı rayonu haqqında fotoalbomlar hədiyyə olunub.
    Sonra türkiyəli qonaqlar Masallı rayonun tarixi, təbiət və memarlıq abidələri ilə yaxından tanış olmuş, görməli yerlərini gəziblər. Şəhərin Heydər Əliyev Parkına, Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə, uşaq-incəsənət məktəbinə heyrətlə tamaşa ediblər. Uşaq-incəsənət məktəbinin sinif otaqlarını gəzib, burada çay süfrəsi arxasında söhbəti davam etdiriblər.
    Görüşdə həmçinin “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyinin sədri Arzu Bağırova və həmkarı Səməd Bağırov iştirak ediblər.
    Sonra “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə “Nazillidən (Aydın vilayəti, Türkiyə) Masallıya könül körpüsü” adlı möhtəşəm konsert proqramı təqdim olunub.
    “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova giriş sözü ilə tədbiri açıq elan edib.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin üzvü Qənirə Paşayeva qonaqları salamlayaraq qardaşlıq konsertinin xalqımız və ictimaiyyətimiz üçün dəyərindən bəhs ediblər.
    Türkiyədə “Qarabağ Parkı” yaradan qonaqlar axşam saatlarında şəhərin Heydər Əliyev Parkında “Nazillidən Masallıya könül körpüsü” adlı gecədə
    qardaş ölkə Türkiyədən gəlmiş folkor qrupu ilə yanaşı Azərbaycan sənətçiləri –paytaxt Bakıdan dəvət olunan müğənnilər İlham Əsgəroğlu, Mütəllim Dəmirov, Masallının məşhur “Halay” folklor və rayon Uşaq İncəsənət məktəbinin rəqs qrupları, rayon Mədəniyyət Mərkəzinin solistləri Miriş Hüseynov, Atamoğlan Zahidov və başqalarının iştirakı ilə ədəbi-bədii gecə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Nazilli bələdiyyəsinin sədri Haluk Alıcık, müavini Mustafa Akkaya çıxış ediblər, xatirə hədiyyələri verilib.
    Sonda xatirə şəkilləri çəkilib.
     
     








     

    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:46 Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib
    2. 20:37 Dövlət başçıları Aktauda körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər
    3. 17:33 Prezident İlham Əliyev Aktauda İran Prezidenti Həsən Ruhani ilə görüşüb
    4. 17:27 Prezident lham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub
    5. 17:24 Prezident İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak edib
    6. 12:32 Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib
    7. 15:25 Prezident İlham Əliyev ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib
    8. 15:02 Tacikistan Prezidenti Azərbaycanda rəsmi səfərdədir
    9. 14:48 Masallı rayon İcra Hakimiyyəti başçısının Sığdaşda səyyar qəbulu
    10. 14:05 Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    11. 14:00 Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib
    12. 22:42 Masallının yaranmasından 88 il keçir
    13. 13:43 Masallılı pəhləvan Avropa çempionatının bürünc medalını qazandı
    14. 00:08 Nazillidən Masallıya könül körpüsü
    15. 18:11 Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    16. 16:07 Prezident İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak edib
    17. 13:32 Masallıda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
    18. 21:21 Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    19. 14:37 Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    20. 14:22 Qədim sənətimiz müasir dövrdə
    21. 17:24 Masallıda sambo üzrə rayon birinciliyi keçirilib
    22. 22:47 Cənub bölgəsində ilk dəfə 700 bal rekorduna Masallı sakini imza atıb
    23. 22:37 Masallıda 24,7 kilometrlik yolun yenidən qurulması işləri yekunlaşır
    24. 22:28 Dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolu
    25. 18:22 Masallıda 22 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır
    26. 18:00 AVMA-nın Masallıda yay istirahət turu
    27. 16:43 Masallıda 22 iyul –Milli Mətbuat Günü qeyd olundu
    28. 19:42 Prezident İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
    29. 22:08 Prezident İlham Əliyev Fransaya səfərə gəlib
    30. 21:06 “Təhsil avtobusu–2018” Masallıda
    31. 14:31 Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    32. 17:07 İtaliya Prezidenti Sercio Mattarella Azərbaycanda rəsmi səfərdədir
    33. 15:26 Masallı Dövlət Regional Kollecinin məzun gecəsi
    34. 16:17 Masallıda “Kitab günü” və “Asudə vaxtı necə səmərəli keçirməli” mövzusunda tədbir keçirilib
    35. 15:57 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyi Masallıda “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda tədbir keçirib
    36. 21:20 Tarixdə iz qoymuş böyük şəxsiyyət
    37. 19:45 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi növbəti tədbirini Masallıda keçirib
    38. 15:23 Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
    39. 15:20 Prezident İlham Əliyev İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    40. 15:12 Şanlı tariximiz
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Bütün xəbərlər
    «    Avqust 2018    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ