Главная > Mədəniyyət > Masallıda “Mənəvi dəyərlərimiz – dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Masallıda “Mənəvi dəyərlərimiz – dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib


25-09-2018, 15:08. Разместил: admin44
  
Masallıda “Mənəvi dəyərlərimiz – dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib 

Sentyabrın 25-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Masallı rayonunda “Mənəvi dəyərlərimiz – dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ceyhun Bəşirov, ekspert-tarixçi Azad Nəhmədov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Komitənin şöbə müdiri Miryəhya Bədirov mənəvi dəyərlərin təbliği sahəsində təşkil edilən tədbirin məqsədi haqqında geniş məlumat verib.
Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının Prezident İlham Əliyevin mənəvi sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib. C.Əliyev Fondun fəaliyyət istiqamətləri, mənəvi dəyərlərin təbliği işi ilə bağlı həyata keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb.
Tarixçi-ekspert Azad Nəhmədov mənəvi dəyərlərin tarixi təşəkkül prosesi və mahiyyəti haqqında məruzə ilə çıxış edib.
Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ceyhun Bəşirov Masallı rayonunda təşkil edilmiş tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlığını bildirib.
Sonda fikir mübadiləsi aparılıb.
 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад