Главная > Mədəniyyət > Masallıda şair-publisist Əli Nəcəfxanlının kitabının təqdimatı

Masallıda şair-publisist Əli Nəcəfxanlının kitabının təqdimatı


24-11-2017, 18:36. Разместил: yeni321

 Masallıda şair-publisist Əli Nəcəfxanlının kitabının təqdimatı 

     Noyabrın 24-də Masallı Dövlət Regional Kollecində “Xalq Qəzeti"nin bölgə müxbiri, tanınmış jurnalist, şair-publisist Əli Nəcəfxanlının yenicə çap olunmuş “Söz yerə düşməsin” adlı kitabının təqdimatı keçirilmişdir. 
Qeyd edək ki, müəllifin sayca 5-ci kitabı olan bu topluda son illərdə qələmə aldığı şeirləri və ona həsr olunan poetik nümunələrin bir qismi yer alıb.
     Tədbiri giriş sözü ilə açan Masallı DRK-nin direktoru Vidadi Nəzərov Əli Nəcəfxanlının həyat və yaradıcılığı haqqında məlumat vermiş, kitab barədə danışmışdır.
    “Yeni həyat” qəzetinin baş redaktor müavini Rəsul Rzayev, kollecin müəllimləri Kamalə İmanova, Zahir Əmənov, şair Nurməmməd Ağa, Kəlbəhüseynli kənd tam orta məktəbinin direktoru Hamlet Quliyev və başqaları tanınmış yazarın yeni kitabı haqqında fikirlərini bölüşmüş, şeirlərindən misallar gətirmiş, istedadlı şairə yeni yaradıcılıq uğurları arzulamışlar.
     Aktyor Camaləddin Əliyev və kollec tələbələrinin ifasında müəllifin şeirlərindən ibarət kompozisiya nümayiş olunmuşdur.
     Müəllif Əli Nəcəfxanlı tədbirə toplaşanlara minnətdarlığını bildirmiş, yeni şeirlərini oxumuş, kitabının nüsxələrini imzalayaraq tələbələrə təqdim etmişdir.
                                                                                                       R.MÜZƏFFƏROĞLU,
                                                                                                            "Yeni həyat".
                                                                                                     www. Yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад