Главная > Mədəniyyət > Masallıda “Azərbaycan peyzaj rəngkarlığı” mövzusunda mühazirə keçirilib
Masallıda “Azərbaycan peyzaj rəngkarlığı” mövzusunda mühazirə keçirilib15-12-2018, 21:19. Разместил: yeni321 |
![]() Masallıda “Azərbaycan peyzaj rəngkarlığı” mövzusunda mühazirə keçirilib Dekabrın 14-də Masallı şəhərindəki “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan peyzaj rəngkarlığı” mövzusunda mühazirə keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənətin tarixi və nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. ![]() ![]() Bildirilib ki, XX əsrin 70-ci illərinin əvvəllərində özünü başqa üslubda kəşf edən rəssam naturadan tam kənara çıxaraq rəngləri, işlədiyi predmeti möcüzəvi duyğulara çevirdi. 1960-1980-ci illərdə bu gün “Səttar dünyası” qismində tərif etdiyimiz və tanıdığımız nadir, fantastik Azərbaycan mənzərələri, ana təbiətimizin nağılvari görüntüləri dünya şöhrəti qazanaraq əbədiləşib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.AZƏRTAC. Вернуться назад |